Əksər insan olduğundan daha gənc görünmək və uzun yaşamaq istəyər. Bu prosesdə düzgün qidalanma əsas şərtlərdən biridir.
Bəs faydalı qidalar hansılardır?
Avokado – Çox yağlı qidadır. Ancaq bu yağlar vücud üçün əhəmiyyətlidir. Gündə 1 avokado yemək xolesterini aşağı salır və dərini yeniləyir. Folik asit baxımından zəngindir. Həmçinin C vitamini, potasium, antioksidant qaynağıdır.
Pomidor – Sağlamlıq üçün vacibdir. Tərkibində yüksək miqdarda A, C vitaminləri mövcuddur. Dərini ultrabənövşəyi şüalardan qoruyur, ürək-damar, yoluxucu xəstəliklərin qarşısının alınmasında effektli təsirə malikdir.
Qırmızı meyvələr – Çiyələk, böyürtkən, üzüm… Belə kiçik meyvələr bəzi hüceyrə zədələrinin qarşısını alır. Oynaqlardakı şişlikləri və ağrını azalda bilir. Təbii antioksidantdır. İdrar yolu xəstəliklərində təsirlidir.
Kök – A vitamini ilə zəngindir. Göz sağlamlığı üçün vacibdir. Dərini zərərli günəş şüalarından qoruyur. Çox bişən zaman kökün tərkibindəki vitaminlər ölür. Bu səbəbdən az bişirin.
Sarımsaq – Doğru istifadə edildiyi zaman bir çox infeksiya ilə mübarizə aparır.Vücud üçün faydası sonsuzdur. Təbii antibiotikdir. Xolesterini tənzimləyir, qan dövranını və yüksək təzyiqi normada saxlayır, xərçəng risklərini azaldır.
Tünd (qara) şokolad – Sərbəst radikallarla mübarizə aparır. Dərini zərərli şüalardan qoruyur. Əgər bu faydalardan yararlanmaq istəyirsinizsə tərkibi 100-də 75 kakaolu olan şokoladlardan istifadə edin
Zeytun yağı – Dəriyə qulluqda əsas vasitəçidir.Dərinizi nəmləndirir, canlandırır, alfa-linolenik asit qaynaqlarındandır.
Sarıkök – xərçəngdən qoruyur, həzmi asanlaşdırır, iltihabların qarşısını alır. Yeməklərinizə qataraq yararlana bilərsiniz. Eyni zamanda qocalma müddətini yavaşladar. Sizə enerji verər. Stresli zamanlarda əsəblərinizi yatışdırar.
Balıqlar – Omega 3 qaynağıdır. Xolesterini aşağı salır. Həftədə iki dəfə balıq yeməyiniz tövsiyə olunur.
Mənbə: 1lady.az