Saçlarımı hər dəfə yuduqdan sonra müxtəlif dəmləmələrlə yaxalayın. Əgər siz də saçlarınızına qulluq edirsinizsə çox asan və ucuz başa gələn dəmləmədən istifadə etməyi məsləhət görürəm.
Aptekdən quru çobanyastığı çiçəklərinin və ayrıca lavanda çiçəklərinin quru çay formasında olan növlərini alırıq. Mən adətən Herba Floranın çaylarından alıram.
Həm qiymətləri sərfəlidir, həm də keyfiyyətləri yaxşıdır.
Saçlarınızı yumamışdan qabaq 2 xörək qaşığı çobanyastığı və 2 xorək qaşığı lavanda çiçəklərini balaca qazana töküb təxminən 4-5 stəkan qaynar isti su əlavə edin və 15 dəqiqə dəmləyin. 15 dəqiqədən sonra dəmləməni süzün.
Daha sonra saçlarınızı təmiz yuduqdan sonra həmin süzdüyünüz dəmləməni saçlarınıza, başınızın diblərinə tökün. Bu dəmləmə saçları daha parlaq, möhkəm və canlı edir, kəpəkdən azad olmağa kömək edir.
Saçları ukladka etdikdə saçlarınızın necə canlı və parlaq görünəcəyinin şahidi olacaqsınız. Mən bu dəmləməni mütəmadi olaraq edirəm. Yəni, düşünməyin ki, 1 dəfəyə istədiyiniz nəticəni əldə edə biləcəksiniz.
Mənbə: imho.az