Anam hələ biz uşaq olanda tez-tez dərisini hazır satılan xiyar losyonu ilə silirdi. İyi o qədər xoşuma gəlirdi ki, uşaq olmağıma baxmayaraq özüm də arada bu losyondan istifadə edirdim.
İndi bir çox bahalı və növbənöv losyonlar, toniklər istehsal olunsa da arada yenə adi xiyar losyonu alırıq. Çünki hiss olunur ki, losyonun tərkibində ancaq təbii və xeyirli inqredientlər var. Təbii iyini və rəngini çox bəyənirəm.
Anam cavanlıqdan bu losyonlardan istifadə etdiyi üçün dərisi indi də uşaq dərisi kimi yumşaq və təravətlidir. Losyon əvvəllər də, indi də sadə şüşə qablarda satılır.
Amma onu da deyim ki, bu losyonu müxtəlif firmalar elə eyni oxşar qablaşmada istehsal edirlər. Keyfiyyətləri də elə təxminən eynidir. Çoxdankı vaxtların losyon-toniki olsa da keyfiyyəti indiki bir çox bahalı kosmetik vasitələrin keyfiyyətindən yaxşıdır.
Ev şəraitində xiyardan təbii losyon hazırlamaq olar. Bu losyon yağlı dərini yaxşı təmizləyir, parıltını azaldır, rəngini yaxşılaşdırır.
5 orta ölçüdə xiyar yaxşı yuyun və sürtgəcdən keçirin. Üzərinə 1 stəkan araq tökün və 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın. Sonra hazır losyonu yaxşı süzün və istifadə edin.
Mənbə: imho.az, evlarliq.az