Duzla saç maskaları

Duzla saç maskaları

Duzla saç maskaları çox təsirli müalicəvi və profilaktik vasitədir.
Duz saç follikullarının aktivliyini stimullaşdırır, saçları möhkəmləndirir, kəpəklə və saç tökülməsi ilə mübarizə aparır, saçlara sağlam parlaqlıq və yumşaqlıq verir.Duz baş dərisinə skrab kimi təsir edir. Nəticədə dəri ölmüş hüceyrələrdən, artıq piydən azad olur ki, bu da öz növbəsində baş dərisinin qan dövranını yaxşılaşır.
Duz həmçinin güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən baş dərisini daha sağlam edir.Dəniz duzu müxtəlif mikroelementlərlə zəngin olduğundan daha faydalıdır. Lakin dəniz duzu olmadıqda adi duzdan istifadə edə bilərsiniz. duzla saç maskaları
Duzla bu kimi saç maskaları hazırlamaq olar.
  • 2 xörək qaşığı dəniz duzu (apteklərdə satılır) 3 xörək qaşığı qatıqla yaxşı qarışdırın və baş dərisinə çəkib yaxşı-yaxşı massaj edin. Daha sonra maskanı 1 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.
  • 1 yumurtanı yaxşı çalın, 2 xörək qaşığı dəniz duzu, 1/2 limonun şirəsini əlavə edib yaxşı qarışdırın və baş dərisinə çəkib massaj edin. Maskanı 1 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.
  • Bananı blenderdə əzin, 2 xörək qaşığı dəniz duzu əlavə edıb qarışdırın və baş dərisinə çəkib massaj edin. 1 saatdan sonra saçlarınızı yuyun.

Əgər baş dərisində hər hansı səpgilər, yaralar və s. varsa, bu maskalardan istifadə etməyin.


Mənbə: Evdarliq.Az
Top