Çox tərləmənin müxtəlif səbəbləri vardır. Amma ən çox tərləmə qadınlarda, klimakterik dövr adlanan dövrdə baş verir və qadınlar bu aşırı tərləmədən həm əziyyət çəkir həm də bədəndəki mineralları itirirlər. Deməli əgər çox tərləmələr başlamışdırsa gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı adaçayı bitkisini 1 stəkan suda dəmləyib için. Adaçayı sizin nəinki çox tərləməyinizin qarşısını alacaq həm də bu dövrün rahat keçməsinə vəsilə olacaqdır.
Adaçayının həmdə əsəb sakitləşdirici bir təsiri də olduğu üçün bu dövrdə baş verə biləcək əsəb sarsıntısının qarşısını ala biləcəksiniz. Əgər adaçayını klimakterik dövrdən əvvəl içməyə başlasanız onda daha faydalı olacaq, çünki adaçayı pozulmuş qadın hormonlarını balanslaşdırır, klimakterik dövrün tez baş verməsinin qarşısını alır qadın hormonlarının istehsalını artırır.
Analıq halını uzatmaq istəyənlər üçün faydalı bir çaydır. Sonda xatırladım ki, xanımlar uzun müddətə adaçayını içə bilsələr də kişilər bu çaydan yalnız 10-15 gün istifadə edə bilərlər, kişilərin uzun müddətə adaçyından istifadə etmələri kişilərdə qadın hormonlarının istehsalını artırır və kişilik hisslərinin yavaş-yavaş azalması ilə nəticələnir. Xatırladım ki, adaçayı 1 ay içildikdən sonra ən azı 15 gün ara verdikdən sonra təkrar içilə bilər. Klimaks dövründəki çox tərləmələr həmdə kalsium itkisi ilə nəticələnir, aşağıdakı reseptdən istifadə etməklə həm tərləmənin qarşısı alınacaq, həm də itmiş mineralların qarşısı qismən alınacaq. Deməli 3 kq quru ənciri 1 litr rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 ədəd əncir yemək lazımdır.
Mənbə: fizulihuseynov.com