Qışda dərimiz ciddi stresə məruz qalır: evin quruluğu, küçədəki şaxta, külək, rütubətin olmaması, az günəş və s. Dəri daha tez quruyur, narahatlıq hiss olunur. Buna görə gündə bir neçə dəfə intensiv nəmləndirici kremdən istifadə etmək lazım olur, xüsusən də üz və dodaqlara.
Qışda dərimiz xüsusi qulluq tələb edir. Tam qulluq 5 elementdən ibarətdir:
1) təmizlənmə;
2) tonizasiya;
3) nəmləndirmə;
4) qidalanma;
5) qorunma.
TəmizləməQışda dərini zəruri nəmdən məhrum etməmək üçün yumşaq dəri təmizləyicilərdən istifadə etmək lazımdır.
TonizasiyaÜzü təmizlədikdən sonra dərinin tonizasiyasına diqqət yetirmək lazımdır. Alkoqol tərkibli məhsullardan istifadə etməyin. Qışda normal dəri üçün tonikləri seçin — dərini həddindən artıq qurutmadan nəmləndirir.
NəmləndirməNəmləndirici kremləri nəmləndirici serumlarla əvəz edin, çünki onlar dərini daha yaxşı nəmləndirir.
Qışda vitaminləri və antioksidantları unutmamaq lazımdır.Vitamin A — dərinin elastikliyinə cavabdehdir.Vitamin B — dəri hüceyrələrinin yenilənməsini, nəmləndirilməsini təşviq edir
Vitamin C - dərinin elastikliyini təmin edən kollagenin əmələ gəlməsini sürətləndirir
Vitamin E - dərinin yenilənməsini sürətləndirir.
Qoruma
Evdən çıxmadan yarım saat əvvəl üzünüzə nəmləndirici və ya qidalandırıcı bir krem tətbiq etmək lazımdır. Quru və normal dərilər üçün ən lazımlısı, əlbəttə ki, kremdir. Adi gün kremlərini qidalandırıcılarla əvəz edin, çünki daha aktiv maddələrlə, yağ, vitamin və minerallarla zəngindir. Ancaq təəssüf ki, belə bir kompozisiya (spermaceti, lanolin, arı mumu) komedonlara və sızanaqlara səbəb olur, buna görə qidalandırıcı kremlər yağlı dərilərə çox tətbiq etmək olmaz. Yağlı dəri üçün yüngül kremlərə üstünlük verin.
Əsas baxım qaydaları:
1. Soyuq havalarda təkcə E vitamini ilə deyil, D vitamini ilə də zəngin krem seçin.
2. Əgər dəridə xırda damarların yaranmasına meyl varsa, K vitamini olan kremlərdən istifadə edin.
3. Əgər dəriniz çox qurudursa onda tonal kremə bir az nəmləndirici əlavə etmək olar, yaxşıca qarışdırmaq və evdən çıxmadan 30 dəqiqə əvvəl tətbiq etmək lazmdır.
4. Mənfi havalarda quru kosmetika ilə makiyaj etmək lazım deyil ( maye göz layneri və qaymaqlı göz kölgəsi istifadə etmək daha yaxşıdır). 5. Mümkün qədər su içməyə çalışın: dəridə yağ vəzlərinin funksiyası normallaşdırmağa və soyuqda rahat çıxmağa kömək edəcəkdir.
6. Çox isti duş və ya hamam almamağa çalışın. Su dərəcəsi nə qədər yüksək olsa, dəri daha çox quruyur.⠀
7. Su prosedurlarından sonra sərt dəsmal istifadə etməyin, dərinizi yumşaq bir şəkildə silin.
8. Əllərə qulluq — əl kremini mümkün qədər tez-tez istifadə edin.
Hansı kosmetoloji prosedurları qışda etmək olar:
1.Pilinqlər
2.Mezoterapiya, Biorevitalizasiya
3.Üzün təmizlənməsi
4.Lazer prosedurları
Müəllif: Dr. Dermatoloq — Kosmetoloq Vüsalə Aşirova (Dr. OFF Tibb Mərkəzi)
Mənbə: hekimtap.az