Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir. Axşam.az xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər.
Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.
Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları olan bu çərəz sinir sistemi üçün çox faydalıdır.
Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin
sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.Püstə, badam yeyib üstündən albalı şirəsi içdikdə qanazlığında kömək edir. Kurs 10 gündür. 5-10 gün püstə yemək qaraciyər xəstəliyində faydalıdır.Püstə həm də maqnezium mənbəyidir. 30 qr. püstənin tərkibində 8% maqnezium vardır. Maqnezium da stress əleyhinə olan maddə olub, qan təzyiqini kontrol edər. Bunu yadda saxlayın ki, qadınların maqneziuma olan ehtiyacı hər gün 360 milliqr., kişilər üçün isə 420 milliqr-dır.
Püstə tərkibində lif olan çərəzlərdəndir ki, 28 qr. püstədə 3 qr. lif vardır. Liflər bağırsaqların köməkçisidir ki, artıq maddələri bədəndən dəf edə bilsin. Liflər suyu güclü cəzb etmək qüvvəsinə malik olduqları üçün bağırsağı təhrik edər və faydalı bağırsaq bakteriyalarına yardım edərlər.
Püstənin tərkibində olan yağ turşuları faydalı olduğu üçün qandakı xolesterinin səviyyəsini aşağı salar və ürək xəstəliklərinə müsbət təsir qoyar. Püstənin tərkibində olan resveratrol ürəyi sağlam saxlayar.
Püstənin tərkibində kalium mövcuddur. Bu maddə də qan təzyiqini aşağı salmağa yardım edir