Qadınlarda tüklənmə səbəbləri və müalicəsi

Qadınlarda tüklənmə səbəbləri və müalicəsi

Qadınlarda tüklənmə və ya tibb dilində hirsutizm tünd rəngli tüklərin normalda olmayacağı nahiyyələrdə olması və artmasıdır. Tüklənmə gənc qadınlar arasında tez-tez rast gəlinən problemdir və hormonal yöndən araşdırılmalıdır.
Qadınlarda tüklənmə hormonal pozğunluq nəticəsində, çox zaman da kişi cinsi hormonu olan testesteronun artması ilə yarana bilər. Lakin tüklənmə şikayəti ilə müraciət edən qadınların çoxunda hormonlar normal da ola bilər.
Qadınlarda tüklənmənin ən önəmli səbəbi tüklərin qandakı testesteron adlanan kişi cinsi hormonuna qarşı həssaslığın artmasıdır. Tükləri artıran kişilik hormonları qadınlarda ya yumurtalıqlarda, ya da böyrəküstü vəzdə yaranır.
Cinsi yetkinlik dövründən öncə tüklər açıq sarı qadınlarda tüklənmərəngli və incə olurlar. Bunlara vellus tüklər deyilir. Cinsi yetkinlik dövrünün sonunda hormonlar incə tükləri qalınlaşdırır ki, bunlara terminal tüklər deyilir. Terminal tüklərin qoltuqaltı, genital nahiyyədə çıxması normaldır.
Bədəndə cəmi 5 milyon tük folikulu mövcuddur. Bunların təqribən 100 mini baş dərisindədir. Dodaq mukozası, ovuc içi və ayaq altı xaric bütün bədən tüklərlə örtülüdür. Doğuşdan sonra çox az miqdarda tük folikulu yaranır, 40 yaşından sonra isə tük folikul sayı azalmağa başlayır.
3 tip tük vardır. Lanugo tipli tüklər dölün bədənində olan nazik, yumşaq tüklərdir. Doğulduqdan sonra ilk aylarda həmin tüklər yox olur. Vellus tüklər isə lanuqo biraz böyük açıq rəngli, yumşaq  tüklərdir. Terminal tüklər isə tünd rəngli tüklərdir.
Tük böyüməsi 3 fazadan ibarət tsikldir. Tsiklin 80-85 %-ni böyümə fazası olan anogen faza, 3-5 %-ni yıxım fazası olan katogen faza, geri qalan hissəsini isə dincəlmə fazası olan telogen faza təşkil edir. Tük tsikli təqribən 6-12 ay davam edir. Yəni bir tükün çıxmasından tökülməsinə qədər ən az 6 ay vaxt lazım olur. Bu səbəbdən hormon müalicəsi ilə nəticə ən az 6 aya olur.
Ön qol, baldır, ayağın diz altı hissəsindəki tüklər hormondan asılı deyil. Yəni bu bölgələrdəki tüklər hormon müalicəsiylə azalmaz. Kişi və qadınlarda fərqli tüklənmənin səbəbi fərqli hormon aktivliyinin olmasıdır.
Tüklənmə bığ nahiyyəsində, çənə altında süd vəzi ucları və arasında, qarında, budun üstündə, kürək nahiyyəsində tüklərin olması nəzərdə tutulur.
Qadınlarda tüklənmə kişi hormonunun səviyyəsinin yüksəlməsi nəticəsində yaranır. Bununla belə tüklənmə dərəcəsiylə anrogen səviyyəsi arasında əlaqə olmaya da bilər.
Kişi hormonu çoxluğundan yaranan tüklənmə sızanaqlar, kişi tipli saç tökülməsi (alopesiya), aybaşı pozğunluğu ilə birlikdə ola bilər. Qadınlarda androgenlərin mənbəyi böyrəküstü vəz və yumurtalıqdır.
Saç tökülməsi
Saç tökülməsi kişi cinsi hormonunun artmasının klinik əlaməti ola bilər. Qadınlarda adətən alın nahiyyəsində saç tökülməsi olur, yan tərəflər də əlavə oluna bilər. Alopesiya qidalanma pozğunluqları, çəki itirmə, anemiya, qalxanvari vəz disfunksiyaları zamanı da rast gəlinir.
Səbəb olan xəstəliklər
Yumurtalıqların polikistozuKişi hormonu çoxluğunun ən sıx rast gəlinən səbəblərindəndir.  Bu xəstəlikdə yumurtalıqlarda çox sayda millimetrik ölçüdə kistlər olur. Həmin kistlərdən estrogen az ifraz olunmaqla birlikdə testesteron hormonu çox ifraz olunur. Nəticədə hiperandrogenizm deyilən hormonal pozğunluq ortaya çıxır. Hormonlar qan vasitəsilə bütün orqanlara daşındığından bu pozğunluq bütün orqanizmdə mənfi nəticələr verir. Dəri yağlanır, üzdə, kürək nahiyyəsində müalicəylə keçməyən sızanaqlar çıxır, menstrual tsikl pozulur, saçlar seyrəlir, çəki artır. Bu xəstəliyin mənfi təsirlərindən biri sonsuzluq yaratmasıdır.Bu xəstəliyin erkən aşkarlanması  və müalicə edilməsi sonrakı metabolik ağırlaşmaların bilinməsi və müalicə olunması üçün önəmlidir.Çünki, yumurtalıqların polikistozu şəkərli diabetin yaranması üçün risk faktorudur.
Anadangəlmə böyrəküstü vəz hiperplaziyası
Qadınlarda tüklənmənin nadir rast gəlinən səbəblərindəndir.  Tüklənmə ilə müraciət edən xəstələrin 1.6-10 % -ni(irqi və genetik fərqliliklərə bağlı olaraq) bu xəstəlik təşkil edir. Diaqnoz qoymaq üçün ACTH adlanan hormonla böyrəküstü vəz stimulə edilərək testlər edilir.
  • Yumurtalıq və böyrəküstü vəz şişləriKuşinq xəstəliyi
  • Ciddi insulin dirənci
  • Piylənmə
  • Dərmana bağlı
Atletik göstəriciləri yüksəltmək, cinsi istəyi artırmaq və ya kosmetik olaraq bədəni formalaşdırmaq üçün istifadə olunan anabolik androgenlər tüklənməyə, sızanaqlara, striyalara səbəb ola bilər.
Hansı hormonlar yoxlanılır?
Tüklənmə şikayəti ilə müraciət edən xəstədə ilk yoxlanacaq test total androgen səviyyəsini yansıtdığı üçün total testesteron hormonudur. Bundan başqa LH, FSH,DHEAS, 17 OH Progesteron, Prolaktin, TSH, İnsulin, kortizol təhlillərin edilməsinə ehtiyac ola bilər. Əlbəttə bunlardan hansının və ya əlavə hansı analizə ehtiyac olduğunu həkim xəstəni müayinə etdikdən sonra qərar verir.
Müalicə üsulları
Müalicə hər bir xəstəyə görə fərqlidir.
Həyat tərzi dəyişiklikləri
Xüsusilə piylənməsi olan yumurtalıqların polikistozunda bəslənmədə edilən dəyişikliklər və fiziki aktivlik hiperandrogenemiyanin əlamətlərinin düzəlməsində effektivdir. Həftədə cəmi 150 dəqiqəlik fiziki aktivlik və aşağı kalorili qidalanma iləümumi bədən çəkisinin 5-10 %-i itirildikdə aybaşı pozğunluğu və tüklənmədə əhəmiyyətli dərəcədə düzəlmə olur.
Lokal müalicə üsulları
Hirsutizmin müalicəsində lazer epilyasiya və s kimi lokal müalicələr effektlidir. Qırxmaq bilinənin əksinə yeni tük yaranmasına səbəb olmur. Lazer epilyasiyası hirsutizmi 2 ilə qədər müalicə edə bilir. Lakin tüklənməyə səbəb olan hormonal patologiya müalicə olunmazsa tüklərin böyüməsi davam edər. Dərman müalicəsiylə birlikdə lokal müalicə üsullarından istifadə edilir.
Dərman müalicəsi
Aybaşı pozğunluğu olanlarda və ya orta-ağır hallarda başda oral kontraseptivlər olmaqla bəzi dərmanlar təyin olunur. Bu dərmanlara ən az 6 ay müddətində cavab alınır. Müalicə müddəti təqribən 2-3 ildir.

Mənbə: endokrinologiya.az
Top