Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!

Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!

Aspirinin tərkibinə daxil olan asetilsalisil turşusu kosmetologiyada çox geniş istifadə olunur.

Aspirin maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, civzələrin və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır. Belə maskalardan müntəzəm olaraq həftədə 1-2 dəfə istifadə etmək lazımdır. Maskaları dəridə 10 dəqiqədən artıq saxlamayın. Yanğı hissi yarandıqda, maskanı dərhal yuyun.

                 Aspirin maskası


Sizə tərkibində aspirin olan bir neçə maska təqdim edirik:

1. Sadə aspirin maskası : 

4 aspirin həbi əzilir, ilıq su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir.  


2. Aspirin maskası balla

3 həb aspirin əzilir, 1 ç.q. ilıq su və 1 ç.q. duru bal əlavə olunur, qarışdırılır və üz dərisinə çəkilir.


3. Aspirin maskası qatıqla

2 həb aspirin əzilir, 1 x.q. qatıq əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir.


Mənbə :evdarliq.az

Top