Qısa boylu xanımlar, geyinərkən bunlara diqqət edin

Qısa boylu xanımlar, geyinərkən bunlara diqqət edin

Qısa boylu qadınlar çox zaman alış-veriş zamanı bəzi çətinliklərlə üzləşirlər. Əgər doğru seçim etməsələr, olduqlarından daha qısa görünə bilərlər.

Mümkündürsə, belinizi sarıyın

Ayaqları uzun göstərməyin yolu beli vurğulamaqdır. Belinizi vurğulamağın ən şıq yolu isə kəmərlərdir. Böyük bədən jaketin və ya gen paltarın belinə sarıyacağınız kəmərlə həm tərzli, həm də uzun görünə biləcəksiniz.

Mini paltarları iti burunlu ayaqqabılarla və ya qısa botlarla geyininİti burunlu ayaqqabılar ayağı uzun göstərmək üçün mükəmməldir. Hər şeydən əvvəl diqqəti üzərinə çəkəcəyinə şübhə yoxdur. Aşağıdan yuxarıya baxdıqda ayaqlarınız uzanacaq.


                      qısaboylu xanımlar üçün geyim məsləhətləri
                

Qısa və dar cinsləri seçin

Məntiqsiz səslənə bilər, ancaq yüksək belli və bədəni sarıyan cins sizi olduğunuzdan daha uzun göstərə bilər.

Hər cür yüksək belli şalvarlardan istifadə edin

Yüksək belli hər şey incə bədənli qadınlar üçün yaradılıb. Cins, dəri şalvar və sair. Belinizin incəliyini vurğulayan hər şey ayaqlarınızın daha uzun olduğu illüziyası yarada bilər.

Qərarsızsınızsa, qara geyinin

Başdan ayağa qara kombinlər qısa boylu qadınların hər zaman güvənə biləcəyi B planıdır. Qara şalvarlarla qara botlar ayaqlarınızın daha uzun olduğu təəssüratını verəcək.

Qat-qat geyinmə trendi sizə görə deyil

Böyük bədən trendi ola bilər, amma qat-qat geyinmə tərzi qısa boylu xanımlar üçün deyil. Bu cür geyindiyinizdə paltarların altında kiçik bir siluet olaraq qalacaqsınız. Ancaq kombininizin ulduz parçası sizsiniz. Parçaları kombinləyərkən buna diqqət edin.

Qısa daban ayaqqabılar möcüzə yarada bilər

Ən önəmli qaydanı ən sona saxladıq. Qəbul edək ki, uzun görünməyin ən asan yolu hündür daban ayaqqabılardır. Hündür dabanlılarla yeriməyə çətinlik çəkirsinizsə və ya sevmirsinizsə, qısa dabanlı ayaqqabılar da işinizə yarayacaq. Bu il belə ayaqqabılar da dəbdədir.

Mənbə : xanim.az
Top