Quru dəri üçün qidalandırıcı maskalar:
- 1 çay qaşığı xama
- 1 çay qaşığı bal
- 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır.
- Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur.
Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.
ikinci resept- 2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır,
- Üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir.
- Qarışdırılıb maska qoyulur.
Üçüncü resept
- 1 yumurtanın sarısı
- 1 xörək qaşığı mayonez qarışdırılır.
- Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.
Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.
Mənbə: xanim.az