Əslində sadəcə yaz və yay aylarında deyil, bütün il boyu istifadə edilməli olan bu kremlər, dərimizi günəşin mənfi təsirindən qoruyur. Bildiyiniz kimi dərimizin öz təbii qoruyucu faktoru melanindi, amma melanin istədiyimiz kimi eyni təbəqə şəklində dərimizi örtmür, bəzi yerlərdə çox, bəzi yerlərdə az olur. Və nəticədə dəridə ləkələr əmələ gəlir. Bunun qarşısını almaq üçün SPF kremlərinin istifadəsi mütləqdir.
Bundan əlavə, dəri xərçənginin əmələ gəlməsində günəşin (daha doğrusu UV dalğaların) rolu artıq isbatlanıb. Bunun da qarşısını almaq üçün günəşdən qoruyucu kremlərin istifadəsi lazımdır.
Çox zaman SPF kremlərinin üstündə yazılan rəqəm (30;40;50;100) həmin kremin neçə faiz günəşdən qoruduğu kimi düşünülür. Lakin bu belə deyil. Həmin rəqəm kremin içində olan qoruyucu faktorların sayını göstərir. SPF 50 ilə SPF100-ün arasında cəmi 3% qoruma fərqi var ki, bu da önəmli fərq hesab olunmur.
Bundan əlavə, faktorların sayının 50-dən çox olması dəriyə xeyirdən çox ziyan vurur. Maksimal SPF 50 olan kremlərdən istifadə edin. Yəni 100% günəşdən qoruyucu krem yoxdur, bu bir mifdir. Həmçinin dərimizi günəşdən tamamilə qorumaq da lazım deyil.
Növbəti yanlışlardan biri də, qoruyucu kremi gündə bir dəfə istifadə etməkdir. Qeyd elədiyim kimi, kremlərin içində qoruyucu faktorlar var və onlar UV təsiri altında parçalanır. Bu parçalanma təqribi 2,5-3 saat çəkir. Və ona görə də bu kremləri hər 2,5-3 saatda bir çəkmək mütləq lazımdır.
Onu da qeyd etmək lazımdır ki, önəmli olan qalın çəkmək deyil, vaxtı vaxtında çəkməkdir. Və son olaraq, SPF kremini seçərkən dərinizin rəngini də nəzərə almalıyıq. Dərisi daha ağ olanlar yüksək faktorlu kremlərdən (50ni keçməmə şərti ilə), dərisi qarabuğdayı olanlar isə aşağı faktorlu kremlərdən istifadə etməlidir.
Dr. Günay Mikayılova