1-ci addım: Çərçivələmək
İlk olaraq dodağınızın qırağını kölgə etmək istədiyimiz rəngdə dodaq qələmiylə çərçivələyin. Bu zaman düz cizgi çəkmək elə də vacib deyil, çünki bir az dağınıq halda çəksəniz, daha təbii bir görünüş əldə etmiş olarsınız.
2-ci addım: Pomada çəkmək
Pomadanı həmişəki kimi çəkirik. Rəsm boyayırmış kimi cizginin içini doldururuq.
3-cü addım: İç tərəflərinə də qələm çəkmək
Dodağın iç tərəflərinə də qələmi dağınıq şəkildə çəkirik. Pomada ilə qarışması üçün də kist ilə yayırıq.
4-cü addım: Konsiler çəkmək
Üst dodağın ortasına bir az konsiler çəkirik. Alt hissəyə özü yayılacağı üçün ora çəkməyə ehtiyac yoxdur.
5-ci addım: Konsilerlə çərçivələmək
Daha yaxşı bir görünüş üçün dodağın kənarlarını konsilerle çərçivələyin. Beləliklə, həm qüsurları örtmüş olacaq, həm də dodaqlarınızın daha dolğun görünməsinə nail olacaqsınız.
6-cı addım: Parlaq pomada çəkmək
Son olaraq daha cazibədar və cəlbedici görünüş üçün parlaq və şəffaf pomada çəkilir. Bu da istəyə bağlıdır. Parıltılı görünməsini istəməyənlər çəkməyə bilərlər. Əgər siz də ən yeni makiyaj trendi olan ombre dodaq makiyajından istifadə etmək istəyirsinizsə, bu üsulları evdə tətbiq etməklə buna asanlıqla nail ola bilərsiniz.