Bunları dərinə etməməlisən!

Bunları dərinə etməməlisən!

Dərin sənin ömrünün sonunacan gərəkli hissəciyindir. Buna görə ona hörmətlə yanaşıb, şükürlü davranıb, qayğısına qalmalısan.

Dəriyə qulluq bir dərya elmidir. Hazırda istehsal olunmuş qulluq vasitələrini nəzərə alsaq onu qoruyub, qidalandırmaq üçün milyon üsul mövcuddur. Bütün bu qaydaları çoxlarımız əzbər bilir, lakin hər zaman əməl etmirik. Gecə toydan yorğun gəlib dərin makiyajla yatdığımız günlər səhər vicdan əzabı ilə oyansaq da, hər dəfə bunu bir daha təkrar etməyəcəyimizə söz veririk.

Xüsusi qulluq vasitələri bir ayrı mövzudur, xanımlar, indi sizlərə sadalayacaqlarımız üçün isə sadəcə bu qaydaları vərdiş halına salmanız yetərdir. Güclü iradə və özünəsevgi arzusi ilə bu vərdişləri paylaşırıq.

1. Aşırı dərindən təmizləmə!
Əvvəla, dərini həddən artıq dərdindən təmizləmədən başlasaq, yadda saxlamaq lazımdır ki, dəri bir neçə qatdan ibarətdir, hər bir qatın isə öz funksiyası ardır. Təsəvvürünüzə gətirin ki, aşırı dərindən təmizləmə zamanı bu qatları zədələməklə dərinizi ətraf mühitə qarşı daha həssas buraxırsınız. Yaranmış cızıqlar dərinizdə lazımsız izlər qoyduğu ki, həm də açıq yara halında infeksiya və mikroblar üçün münbit şərait yaranır. Sonda isə üzün ümumiyyətlə qaynar deyil, isti su ilə yuyulmasını qeyd etməyə ehtiyac yoxdur yəqin.

2. Dırnaqlama!
Keçək növbəti mərhələyə. Bəli, bu mərhələləri də qarışdırmadan ardıcıllıqla etmək bir məharət tələb edir. Üz təmizliyindən sonra adətən güzgünün qarşısına keçib baxış keçirmək yəqin hamının adətidir. Amma bir şərtlə ki, bu baxış üzü “dırnamaqladan” keçməyəcək. Minlərlə dırnaqaltı infeksiyaların yenicə təmizlənmiş saf və qoruyucusuz dərinizə salmaq kimi bir planınız yoxdursa, bu məsələdə təbii ki ehtiyyatlı olacaqsınız.

3. Günəşdən qorunmaq
Günəş dəridəki kollageni məhv edir, hansı ki, dərini daha tez qocalmağa vadar edir.

4. Boyun və göz nahiyəsini unutmaq
Ən çox hallarda xanımlar üzə qulluq dedikdə prosesin yalnız üzlə də bitdiyini düşünür. Hərçənd, üz nahiyəsi, eləcə də, boyun və göz qulluğu tələb edir. Boyun hissəsi də, makiyaj və çirki ətraf mühitdən ən tez kirlənən nahiyələrdən hesab edildiyi üçün onu da 2 dəfə yaxşıca yumaq məsləhət görülür. Gözaltı nahiyə isə bədənimizin ən incə hissədir və xüsusi nəmləndirmə və qidalandırma tələb edir.

5. Eyni vasitəni illərlə işlətmə!
Eyni qulluq məhsullarını dəyişmədən illərlə sadiq qalmaq- Dünyanın nə güclü nəmləndirici brendini kəşf etmisən, amma təəssüf ki, o belə sənə illərlə əl verməyəcək. Tamamilə doğrudur, bir müddətdən sonra dəri həmən məhsulların tərkibindəki ingredientlərə öyrəşdikdən sonra bu faydalı maddələr reaksiya verməyəcək. Nəticə verməyən effekt isə heç kimə gərəkli deyil.

«Züleyxa» jurnalı
Top