Üz üçün faydalı maskalar

Üz üçün faydalı maskalar

1. 3 xörək qaşığı düyü, 1 xörək qaşığı süd və 1 xörək qaşığı bal Düyüyə bişəcəyi qədər su əlavə edilib horra şəklinə gələnədək bişirilir, sonra süd və bal əlavə edilib qarışdırılır. Maska təmiz və quru dəriyə sürtlür. Tamamilə quruduqdan sonra yuyulub təmizlənir.

Bu maska dəriyə antioksidant təsir göstərir, dəriyə qulluq edir və qan dövranın stimullaşdırır. Hətta horranın süzülmüş suyu dərdəki piqment ləkələrinin aradan qalxmasına, iltihabi proseslərin sağalmasına səbəb olur.

2. Düyüdən hazırlanmış horraya cəfəri suyu qatılaraq üzə və gözlərin ətrafına qoyulduqda ağardıcı təsir edir.

3. Bal və əzilmiş xiyardan hazırlanan maska dəridəki piqment ləkələrini təmizləyir və dərinin rəngini durulaşdrır.

4. Süd, cəfəri şirəsi, düyü horrası və əzilmiş xiyardan hazırlanan maska dərini qidalandırır və qırışlar əleyhinə təsir göstərir.

5. Kartof və əzilmiş xiyar qarışımından hazırlanmış maska dərini cavanlaşdırır, dəridəki məsamələrin aradan qalxmasına səbəb olur.

6. Kosmetik gil və əzilmiş xiyardan hazırlanan maska dərinin yuşalmasına və təravtlənməsinə səbəb olur.

7. Xama, bişmiş düyü və əzilmiş xiyar qarışımından hazırlanan maska bütün dəri növləri üçün istifadə edilir Maska dəriyə qulluq edir, yumşaldır, ağardıcı təsir göstərir, quru dərini yumşaldır, yağlı dəridəki parıltını aradan qaldırır.

8. Əzilmiş xiyar, reyhan şirəsi və xırdalanmış nanə yarpaqlarından hazırlanan maska dərinin cavanlaşmasına səbəb olur.
Top