Faydalı maskalar

Faydalı maskalar

Adi şəkər tozunun köməyi ilə dərini daha hamar etmək, ölü hüceyrələrdən təmizləmək, dərinin qan dövranını yaxşılaşdırmaq olar.

1. 1 x.q. şəkər tozu 1 x.q. kəsmik (yağlı dəri üçün) və ya 1 x.q. xama ilə (quru dəri üçün) qarışdırılır və üz dərisinə çəkildikdən sonra dəri yüngül massaj edilir. Maskanı daha sonra 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

2. 1 x.q. şəkər tozunu 1 x.q. limon şirəsi və 1 yumurtanın ağı ilə qarışdırın, üz dərisinə çəkin, massaj edin, 10 dəqiqədən sonra yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub.

3. 1 x.q. şəkər tozu 1 x.q. istənilən bitki yağı ilə (zeytun, qarşıdalı və s.) qarışdırılır, üz dərisinə çəkilir, massaj edilir, 10 dəqiqədən sonra ilıq su ilə yuyulur. Bu maska quru dəri üçün uyğun gəlir.
Top