Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün. Su çox isti olsun, amma ayağınızı yandıracaq kimi olması lazım deyil. Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin.
Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız. Hətta ayaqlarınız elə şəklə düşəcək ki, elə bil uzun müddət saunadasınız.
Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın. Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız.
Əgər daban hissənizdə qalınlaşmış dəri toxuması hələ də qalıbsa o zaman daban süngəri ilə həmin nahiyyəni sürtüb təmizləyin. Daban hissənizin qalınlaşmış ölü toxuması yumşaldığı üçün asanlıqla təmizlənir. Təmizlədikdən sonra dabanınıza bir-neçə damcı sirkə damızdırılmış qliserin sürtün.
Əgər dabanınızda illərlə yığılıb qalınlaşmış dəri varsa o zaman hər gün ayaqlarınızı bu üsulla vanna edin, amma sirkəli qliserini həftədə bir dəfə olmaqla istifadə edin. Yuxarıda yazılanları edin və faydasını görün!