Avakado — B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün daha çox quru saçlarda istifadə olunur.
Yumurta — Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii vasitələrdən biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırır və daha sağlam uzanmasına kömək olur.
Zeytun yağı — Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, gözəl görünüş almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.
Limon — Xüsusilə həddindən artıq yağlı saçlardakı və saç dərisindəki çox yağın təmizlənməsində təsirli olan limon məsamələrin kiçilməsini təmin edir və yağ istehsalını azaldır.
Hind qozu yağı — Çox yaxşı bir nəmləndiricidir, saçı dərindən nəmləndirərək yumşaldır.