Gözəllik sektoru bu gün dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Mütəxəssislər cavanlaşmaq istəyən xanımlar üçün hər il minlərlə məhsul istehsal edərək böyük pullar qazanır. Və həmişə bütün pulunu bu məhsullara xərcləyən milyonlarla qadın tapılır. Təəssüf ki, təbii tərkibli adı ilə satılan kosmetik vasitələrin çoxu gözləntiləri doğrultmur. Nəticə etibarı ilə dəriyə qulluq üçün alınan məhsullar ona yavaş-yavaş, lakin ciddi ölçüdə ziyan vurur.
Dərinizin tipindən asılı olmayaraq, alimlər və mütəxəssislər silikon tərkibli məhsullar istifadə etməməyi məsləhət görür. Əsas çətinlik buradan yaranır ki, onları etiketdə maneəsiz tapmaq olmur, istehsalçılar uzun illərin təcrübəsi nəticəsində hər cür zərərli məhsulun adını şifrələyərək və elmi terminlərlə işarələyərək onları uğurla «gizlətməyi» öyrəniblər. Bundan başqa, unutmaq olmaz ki, mütəxəssislər hər gün yeni modifikasiyalı yeni silikonlar icad etməyə davam edirlər.
Kosmetik şirkətlər niyə silikonlardan imtina etmirlər?
Ədalət naminə qeyd edək ki, silikonların ziyanlı olması tam təsdiq olunmayıb. Bir qrup alim var ki, bu fərziyyəyə qarşı qətiyyətlə üsyan edirlər. Bununla belə silikon əsaslı kosmetik məhsulların istehsalına qarşı çıxan səlahiyyətli mütəxəssislərin sayı hər gün durmadan artır. Məsələn, Kanadanın Səhiyyə Nazirliyi silikon ehtiva edən kosmetikaların zərərli olduğunu milli səviyyədə və açıq şəkildə elan edib. Silikonlar parçalanmır və nəticədə böyük həcmdə yığılır.
Kosmetikaların 75 faizindən çoxunun tərkibi paraben və silikon ehtiva edir!
Bu maddələr kosmetik məhsulun teksturasını daha homogen edir. Həmçinin silikonlar məhsulun istifadə müddətini artırır. Məsələn, krem dəriyə yumşaq məxmər effekti verirsə və dərinizə xoş olmayan bir yapışqanlıq hissi vermirsə, böyük ehtimalla ona silikon qatılıb. Nəticə olaraq, dəriniz daha çox nəmli görünür və bu, məhsulun həqiqətən də «işə yaradığını» düşünməyinizə səbəb olur. Ancaq həqiqətdə bu, qısamüddətli və əhəmiyyətli dərəcədə səthi bir təsirdir.
Ucuz başa gəlir
Gəlin realist olaq: hər hansı biznesmen ilk növbədə öz gəlirlərini düşünür. Odur ki, istehsalçıları üçün aşağı dəyərli silikon əsaslı kosmetika olduqca sərfəlidir. Təbii və parçalana bilən komponentlər həm daha bahalıdır, həm də istifadə ömürləri çox qısadır. Silikon hidrofob bir maddədir. Bu, o deməkdir ki, molekullar su ilə birləşmir.
1. Silikonlar dərini yaxşılaşdırmır
Kremlərin dəyərindən asılı olmayaraq silikon tərkibli məhsullar dərini qidalandırmır və nəmləndirmir, bu, faktdır. Əvəzində aloe vera, ziyansız yağlar — məsələn, şi və jojoba kimi təbii inqrediyentlər bu işin öhdəsindən uğurla gələcəklər.
2. Silikonlar dərini sönük və quru edir
Silikonlar dərini sönük və quru edə bilərlər. Əgər sizin dəriniz təbiətən normal və ya qurudursa, bundan yayınmaq mümkün olacaq. Lakin bu zaman siz daha böyük gərilmə və quruluq hissi ilə rastlaşacaqsınız. Məhz bu «köməkçilər» dərinin təbii yenilənmə proseslərinə təsir edir. Hətta orqanizmin təbii nəmləndirmə prosesinə mane olma ehtimalı var.
3. Məsamələri doldurur
Silikonlar məsamələri doldurur: polietilen kimi, silikonlar cildinizdə bir baryerdir və sözün mənfi mənasında. Reallıq odur ki, silikon maddələr dərinin həm nəfəs almasına imkan vermir, həm dəri üzərində kir təbəqəsi yaradır, həm də ölü hüceyrələr yığılmağa başlayır.
4. Silikonlar hüceyrələrin təbii bərpa olunması prosesini əngəlləyir
Bildiyiniz kimi, dərinin yeniləmə dövrü təxminən 28 gündən bir (insanın yaşından asılı olaraq) baş verir. Silikon da bu təbii prosesə təsiri edir: Dəri üzərindəki baryer ölü hüceyrələrin aradan qaldırılması və yenilərinin əmələ gəlməsinin qarşısını alır. Nəticə olaraq, dəridə çoxsaylı ləkələr peyda olur, qırışların və qızartıların sayını artır.
5. Sızanaq əmələ gətirir
Silikonlar sızanaqların yaranmasına təkan verir. Eyni baryer bakteriyaların çoxalması üçün də şərait yaradır və qıcıqlanmaya səbəb olur. Bu səbəblə, xəstəliyin əlamətlərini görürsünüzsə, silikon əsaslı məhsullardan imtina edin.
6. Faydalı elementlərin dəriyə hopmasına mane olur
Silikonlar imkan vermir ki, digər faydalı elementlər dəriyə tam hopsun. Məsələn, gündəlik gözəllik ayinlərinə silikon əsaslı təmizləyici vasitələrlə başlayırsınızsa, bu, imkan vermir ki, sonrakı çəkdiyiniz məhsulları dəri əmsin. Dolayısı ilə digər məhsullar daha az effektiv olurlar.
7. Dəridən çətinliklə çıxır
Ən geniş yayılmış silikon dimetikondur. Bu maddə dəri üçün ağırdır və kifayət qədər arzuolunmaz sədd yaradır. Yeri gəlmişkən, bunun öhdəsindən yalnız keyfiyyətli ikifazalı təmizləyici məhsulları uğurla gəlirlər. Saçlardan silikonı təmizləmək əlbəttə ki, daha çətindir, su onları silmir. Halbuki demək olar ki, bütün saç baxım məhsullarının əsas tərkibini silikonlar təşkil edir.
Hər hansı məhsulun tərkibində silikon maddə olduğunu necə təyin etmək olar?
Aşağıda kosmetik və baxım məhsulların tərkibində rast gələcəyiniz silikon adlarının siyahısını diqqətinizə çatdırırıq. İngilis dilində olan sözlərin çoxu beynəlxalq terminlərdir:
Cone:
Dimethicone
Methicone
Trimethicone
Cyclomethicone
Amodimethicone
Trimethylsilylamodimethicone
Siloxane:
Cyclopentasiloxane
Polydimethylsiloxane
Conol:
Dimethiconol
Polymers:
C10-30 Alkyl acrylate crosspolymer
VP / VA Copolymer
Polybutene
Polyisobutene
publika.az