Akne yəni üzdə olan kiçik və çoxsaylı sızanaqlar hal-hazırda geniş yayılmış şikayətlər arasında ön yerlərdədir. Yaranma səbəbləri müxtəlifdir. Ən əsas səbəblərdən biri olan hormonal səbəbləri isə bunlardır.
Müxtəlif hormonal dəyişikiliklər, o cümlədən yeniyetməlik dövrünə xarakter olan təbii hormonal sıçrayış ola bilər. Müəyyən rolu həmçinin həm qadınlarda, həm də kişilərdə qandakı kişi cinsi hormonlarının artan miqdarına piy vəzilərinin genetik qeyri-adekvat reaksiyası da oynaya bilər.
Aknenin yaranmasından məsuliyyətli olan hormonlara testesteron, böyümə hormonu, İGF-1, prolaktin, DHEAS, esterogendir. Ancaq qeyd etmək lazımdır ki, hormonal problemlər nəticəsində yaranan sızanaqlar, yalnız bu şikayətlər olmur. Həmçinin, aybaşı pozğunluğu, artıq çəki, kişi tipli tüklənmə, saç tökülmə kimi şikayətlər də bununla yanaşı gedə bilər.
Ona görə də əgər sizi də üzdə yaranan sızanaqlar narahat edirsə və bununla yanaşı aybaşı tsiklinin qeyri-requlyardırsa, arzu olunmaz nahiyələrdə tüklərdə artım qeyd edirsinizsə, saçlarda həm tökülmə, həm də keyfiyyətində azalma vardırsa, onda mütləq endokrinoloqa müraciət edərək hormonla spektrinizi yoxlatmanız vacibdir. Bəzən adi və sadə görünən səpgilərin altında ciddi bir hormonal problem dayana bilər.
Dr. Venera Camilova