Ozonoterapiya

Ozonoterapiya

Ozonoterapiya geniş təsir diapazonuna malik olaraq, dünya klinikalarında geniş istifadə olunur. Təbabətin bütün sahələrində istifadə olunduğu kimi ozonoterapiya kosmetologiyada da tətbiq olunur. Ozonla müalicə metodikalarında hüceyrə və toxumaların oksigenasiyasının, mikrosirkulyasiyasının yaxşılaşmasına, dərinin qidalanmasına və müdafiəsinə diqqət yetirilir.

Bir çox kosmetik problemlər (sızanaqlar, kuperoz, saçların tökülməsi, qırışlar, allergiya, sellyulit, kökəlmə (piylənmə)) orqanizmin daxili vəziyyətinin əksidir. Buna görə də bu probləmləri nəinki xaricdən o cümlədən daxildən müalicə etmək lazımdır. Ozonoterapiya bu problemlərin öhdəsindən çox yaxşı gəlir, orqanizmə detoksikasiyayaedici, antimikrob, virus əleyhinə təsir göstərir, qanı oksigenləşdirir, immuniteti artırır.

Ozonoterapiya dərinin təbii gözəlliyini və saglamlıgını saxlayan və bərpa edən unikal vasitətədir. Ozonoterapiya dərinin çatmamazlıqlarını maskalamır, onun təbii funksiyalarını normallaşdırır və stimullaşdırır.

Dəri hüceyrələri yaxşı qidalandıqda və çoxaldıqda dəri də normal funksiya edir, cavan görünür. Ətraf mühitin zərərli faktorlarının təsiri nəticəsində bu şəbəkənin effektiv işi pozulur, dərinin oksigenasiyası və qidalanması zəifləyir, hüceyrələrdə enerji defisiti yaranır, onların yenilənməsi zəifləyir. Bu bioloji proseslər dərinin qocalmasına və qırışların yaranmasına səbəb olur. Potologiyaların yaranma səbəbinə təsir etməklə yuxarıda göstərilən potoloji prosesləri neytrallaşdırmaq, dərinin strukturunu bərpa etmək, onun vaxtından əvvəl qocalmasının qarşısını almaq mümkündür. Ozonoterapiya da bu məqsədi güdür.

Ozon təbiətin yaratdıgı maddə olaraq orqanizmə kompleks təsir göstərir. “Problemli” dəri və qırışların müalicəsi üçün ozonoterapiyanın yerli və sistem təsirli metodlarından istifadə olunur. Yerli olaraq ozon-oksigen qarışıgı dəri altı yeridilir və ozonlaşdırılmış zeytun yağı maska və masaj şəklində istifadə olunur. Orqanizmə sistem təsiri ozonlaşdırılmış fizoloji məhlulu vena daxilinə köçürülməsi və ozonla böyük və kiçik aytohemoterapiya metodları göstərir .Ozonoterapiyanı digər kosmetik maddələrdən fərqləndirən onun ikili, yanaşı təsiridir. Orqanizmə həm xaricdən həm də daxildən təsir göstərir, bu da dərinin qidaılanmasını, oksigenləşməsini, müdafiə və mübadilə proseslərini normallaşdırır.

“Dərinin stresi” diaqnozlu xəstələrdə ozonoterapiyanın daha tez hiss olunacaq təsirləri olur. 35 yaşdan sonra dərinin solması (təravətinin zəifləməsi) əlamətləri olan pasientlərdə 4-5 prosedurdan sonra müsbət effekt əldə olunur: kiçik qırışlar hamarlaşır, dərinin turqoru yüksəlir, liftinq effekti əldə olunur, üzün ödemliliyi azalır, rəngi yaxşılaşır, alyanaqlıq yaranır. Əsasən vacib olaraq pasientlərin ümumi əhvalı yaxşılaşır.

Sızanaqlı səpki. Birinci prosedurlardan klinik yaxşılaşma əldə olunur. Bu infiltratların yumşalmasında, ödemin azalmasında, eksudatın, qızartının, ağrılığın azalmasında müşahidə olunur.

Ozonoterapiya cərrahı əməliyyatdan sonrakı reablitasiyada, ağırlaşmaların profilaktikası məqsədi üçün də istifadə olunur.

Sellyulitin kompleks müalicəsi və bədən quruluşunun (fiquranin) korreksiyasinda ozonoterapiya
Odemli- fibrosklerotik pannikulopatiya və ya sellyulit yalnız qadın problemi olub, piy hüceyrələrin (adipositlərin) pataloji vəziyyəti ilə xaraktrizə olunur. Piy toxumasının dəyişməsinin səbəblərinə və risk faktorlarına genetik, milli xüsusiyyətlər, cinsi yetkinlik dövrü, hamiləlik və doguş, hormonal pozğunluqlar, yaş və həyat tərzi aid edilir.

Müxtəlif mənbələrə görə 80-95% qadınlar sellyulitdən əziyyət çəkir. Zədələnmə zonaları əksər vaxt bud və sağrı nahiyələridir, bəzən isə bel və əl.

Sellyulitin başlanqıc stadiyası mikrosirkulyasiyanın pozulması, ödemlilik, dəri altı piy qatında mayenin durğunluğu ilə xarakterizə olunur. Beləcə sellyulitin ödemli forması yaranır, bu vəziyyət də proqres edərsə sellyulitin fibrozosklerotik formasına transformasiya olur.

Piy toxuması orqanizmdə energetik depo rolunu oynayır. Kosmotoloji iynələrlə multiinjektor vasitəsi ilə ozon qazı dəri altı piy qatına yeridilir. Ozon dəri altı piy toxumalarına təsir edərək onları parçalayır.

tibb-dunyasi.com
Top