Böyüklər üçün nağıl

Böyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın başı kəndlinin ağzında göründükdə vağ onu dimdiyi ilə tutdu və bütünlükdə dartıb çıxararaq öldürdü. Kəndli qorxurdu ki, daxilində ilan zəhəri qalar. Vağ ona dedi ki, ilan zəhərindən altı ağ quşu bişirib, yeməklə müalicə olunmaq mümkündür.
Kəndli bunu eşitdikdə : “Sən ağ quşsan, elə səndən başlayıram!” deyib vağı tutub, kisəyə saldı və evə gətirdi. Evdə başına gələnləri arvadına danışdı. Kəndlinin arvadı əhvəlatı eşitdikdə “Sən məni təəccübləndirirsən. Quş xeyirxahlıq edərək səni müsübətdən qurtarıb, sən isə onu yemək istəyirsən?!” deyib, dərhal vağı azad etdi. Quş uçub getdi ancaq, getməzdən əvvəl dimdiyi ilə qadının gözlərini çıxartdı.

Afrika xalq nağılı.

P. S. Bu Afrikalıların nağılı da qəribədi. Uşaq vaxtı oxuduğum bütün nağılların sonu xoşbəxt sonluqla qurtarıb. Ya da ki, cəzalanan tərəf yaxşılıq başa düşməyən nankor biri olub. Bu nağılda isə hadisələr tamam başqa cür cərəyan edir. Kəndli ilana yaxşılıq edir, əvəzində pislik görür. Vağ kəndliyə yaxşılıq edir, əvəzində pislik görür. Qadın isə vağa yaxşılıq edir və əvəzində pislik görür. Deyirəm nə yaxşı ki, uşaq vaxtı bu nağılı eşitməmişəm yoxsa psixikam pozulardı. :-)
Top