Botoks haqqında nələri bilməliyik?

Botoks haqqında nələri bilməliyik?

botoksBotoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.

Botoks nədir?
Clostridium botulinum bakteriyası torpaq, meşə, göllər daxil olmaqla bir çox təbii birləşmələrdən alınır. Bakteriyaya həmçinin məməlilərin və balıqların bağırsaqlarında, xərçəng və digər dəniz canlılarının organlarında və qabıqlarında rast gəlmək mümkündür. Clostridium botulinum bakteriyasının və sporlarının bu cür təbiətdə tapılan forması əsasən zərərsizdir. Problem yalnız sporlar vegetativ hüceyrələrə çevriləndə və bu hüceyrələr artanda ortaya çıxır. Bu zaman bakteriya botulizmə səbəb ola bilən ölümcül neyrotoksin-botulinum toksin ifraz etməyə başlayır. Neyrotoksinlər sinir sistemini hədəf alaraq, neyronların effektiv əlaqəsini təmin edən xəbərləşmə prosesinə mane olur.

Funksiyası
Botulinum toksin insana məlum olan ən güclü zəhərlərdən biridir. Alimlər həsablayıb ki, 1 qr botulinum toksin 1 milyon insan, bir neçə kq botulinum toksin isə yer üzündəki bütün insanların ölümünə səbəb ola bilər. Yüksək miqdarda botulinum toksin botulizmə- insan həyatını təhlükəyə atan ciddi xəstəliyə səbəb ola bilər. Müalicə olunmamış botulizm isə tənəffüs çatışmazlığı və ölümlə nəticələnə bilər. Botulinum toksinin belə zəhərli olmasına baxmayaraq, botoksa tələbat çoxdur.

Bütün bunlara baxmayaraq, botulinum toksinin çox qiymətli müalicəvi protein olduğu sübut olunmuşdur.

Botulinum toksin insana çox cüzi miqdarda inyeksiya olunur və funksiyası sinir hüceyrələrindən gələn siqnalların əzələlərə çatmasının qarşısını almaq, yəni onları qısamüddətli iflic etməkdir.

Əzələlərin dartılması üçün sinirlər sinir ucları və əzələ hüceyrələrinin qovşağında asetilkolin adlı kimyəvi daşıyıcı ifraz edir. Asetilkolin əzələ hüceyrələrindəki reseptorlara birləşərək əzələlərin yığılmasını və boşalmasını təmin edir.

yasilelm.com
Top