Təbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur. Qızılgül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçək hesab olunur. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yaymaqdan əlavə, gözəlliyi qorumağa da xidmət edir.
Keyfiyyətli gül suyu qədim İran və Misirdə çox dəyərli hesab olunurdu. Deyilənlərə görə, gül suyu Kleopatranın da ən çox istifadə etdiyi gözəllik məhsulu olub.
Qədim Hindistanda gül suyundan bəzi dini mərasimlər üçün istifadə edilirdi. Qədim Yunanıstanda və Orta Şərqdə gül suyudan müxtəlif ekzotik yeməklərin, xüsusilə paxlava kimi şirniyyatların ləzzətini artırmaq üçün istifadə edilirdi.
Gül suyu üz üçün möhtəşəm bir təbii vasitədir. Gül suyunun bütün dəri tipinə sahib olanlar üçün faydalı olduğunu deyə bilərik. Üz üçün saf gül suyu istifadə etməyinizi tövsiyə olunmur. Çünki saf gül suyu üzü quruda bilər. Bəs gül suyundan necə istifadə etmək lazımdır? Ümumiyyətlə, gül suyu üz problemlərinə necə təsir göstərir?
Gül suyunun üz ləkələri üçün çox faydalı bir təbii vasitə olduğunu deyə bilərik. Hər gün üzünüzü gül suyu ilə təmizləsəniz, üzünüzdəki ləkələrin müəyyən zamanda azaldığını müşahidə edərsiniz. Bundan başqa ərik yağı və gül yağını qarışdırıb, istifadə etdiyiniz zaman üz gün boyu zərərli təsirlərdən də qorunmuş olur.
Gül suyu üz qırışları üçün çox qiymətli nemətdir. Gül suyu üzdə yeni qırışların yaranmasına mane olur.
Gül suyunun sızanaqlara qarşı faydaları və istifadəsi:
Gül suyu gözəlliyi pozan sızanaqlar üçün çox faydalıdır. Gül suyu, sızanaqları qısa zaman ərzində aradan qaldırır. Gül suyu ilə üzünüzü dərindən silsəniz, sızanaqlar kökündən yox olar.
Göz altı qaraltılar üçün gül suyunun faydaları və istifadəsi:
Göz altını gül suyu ilə təmizləmək, göz altında yaranan yağ vəzilərinə, göz altı qaraltılara yaxşı təsir edir. Bu üsul həqiqətən də üzünüzə istədiyiniz gözəlliyi gətirəcək. Gül suyu ilə gül üzünüz heç vaxt solmasın.
Saç sağlamlığı üçün gül suyunun istifadəsi:
Gül suyu təkcə dəri üçün deyil, saçlarımız üçün də çox faydalıdır. Buna görə saç baxım məhsulları və şampunların tərkibində çox sıx istifadə edilən bir maddədir. Gül suyu saç dərisində gedən qan dövranını artırır, saç kökünü qidalandırır, gücləndirir və saç tökülməsinin qarşısını alır.