Çil və piqment ləkələri ağardan 3 təbii vasitə

Çil və piqment ləkələri ağardan 3 təbii vasitə

Yazda bir çox insanların dərisində çil və piqment ləkələri əmələ gəlir.
Onları daha az görünən etmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.

1. Limon dilimi
Limon ən yaxşı təbii ağardıcı vasitələrdən biridi. Limon dilimini kəsin və dərinizi silin. C vitamini ilə zəngin olan limon həmçinin dərini cavanlaşdırır.

2. Qatıq
Qatıq dərini ağardır, qidalandırır və cavanlaşdırır. Təzə qatıqda pambıq diskini isladın və dəriyə çəkib qurumağı gözləyin. Daha sonra ilıq su ilə yuyun.

3. Cəfəri
Bu unikal bitkinin bir çox faydalı xüsusiyyəti var. Onlardan biri dərini ağartmaqdır. 3 x.q. xırda doğranmış cəfərini 1 ç.q. su əlavə edib blenderdə əzin, alınmış xorranı üzünüzə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Top