Tanınmış vizajistlərin və gözəllik blogerlərinin təbliğ etdiyi parıldayan dəri təkcə dəbli tendensiya deyil, həm də sağlamlıq göstəricisidir. Dərinin il boyu haylayter olmadan parıldaması üçün ekspertlər bir neçə məsləhət verib.
Fırçaları yuyun
Araşdırnalar göstərir ki, qadınların 72% -i zaman-zaman fırça və makiyaj üçün digər ləvazimatları yuyub təmizləməyi unudur. Makiyaj ləvazimatlarında toplanmış bakteriyalar və tozlar dəri rənginin solğun görünməsinə, qızarmasına, qabıq verməsinə və sızanaq çıxmasına səbəb olur. Heç olmasa həftədə bir dəfə şampun və ya xüsusi vasitələrin köməyi ilə fırçaları təmizləyin,. Əlbəttə ki, dəriniz sizin üçün dəyərlidirsə…
Qoz-fındıq çox yeyin
Dərinin vəziyyəti necə qidalandığımızı əks etdirir. Odur ki, rasiona fikir verin, gündəlik menyuya braziliya, yunan və ya badam qozu əlavə edin. Onların tərkibi dəri elastikliyini saxlamaq və keyfiyyətini yaxşılaşdırmaq üçün lazım olan faydalı yağlarla zəngindir. Həmişə yadda saxlayın ki, dəri qoz-fındıq kimi çəzərləri sevir və bu, onun ən çox xoşladığı “məhsuldur”.
Telefonu bakteriyalardan təmizləyin
Stenford universitetinin araşdırmalarına görə smartfon üzərində bakteriya və mikroorqanizmlər daha çoxdur, nəinki ictimai tualetdə. Ən acınacaqlısı odur ki, bu bakteriyalar hər gün dəfələrlə sifətimizdə toplanır, nəticədə isə sızanaqların yaranmasına və dəri qıcıqlanmasına gətirib çıxarır. Heç olmasa gündə bir dəfə antibakterial salfetlərlə telefonu təmizləməyi unutmayın.
Tez yatmağı artıq öyrənin
Yuxusuzluq və rejimin olmaması ilk növbədə xarici görünüşdə əks olunur. Və bunun da öz səbəbləri var. Yuxuya gedəndə dəri hüceyrələri fəal işləməyə başlayır, krem və zərdabların köməyi ilə onun strukturunu bərpa edin. Gecələr smartfon istifadəsi və ya televizor kimi yuxunun keyfiyyətinin yayındıran amillər üzündən bu prosesin nəticəsi xeyli pisləşir.
Dərini mütəmadi olaraq skrabla təmizləyin
Çirkli ölü hüceyrələr dəridə yığıldıqda onun səthində olan məsamələr daha böyük görünür. Bunun qarşısını almaq üçün mütəmadi olaraq kifayət qədər əlverişli pilinq vasitələri istifadə etməyə başlayın. Bir neçə istifadədən sonra dəriniz hamar görkəm alacaq, dəri tonu bərabər olacaq, məsamələr isə güclə nəzərə çarpacaq. Bəzi hallarda salisil turşusu əlavə etmək olar.
Retinol istifadə etməyə başlayın
Çoxillik klinik sınaqlar göstərib ki, retinol yaş dəyişiklikləri ilə səmərəli şəkildə mübarizə aparır, dərinin elastikliyini, parıltısını, sağlam görkəmini qaytarmağa kömək edir. Lakin yadda saxlayın ki, hər yaş üçün xüsusi komponent var, ona görə də retinol tətbiq etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək mütləqdir.
Yağlı qidalar dərinin parlaqlığına təsir göstərir. Həmin qidaların tərkibində kalori, yağ və karbohidrat olduğuna görə hüceyrə və məsamələrə toksinlər yığır. Bu baxımdan qüsursuz və cazibədar dəri üçün yağlı qidalar məsləhət deyil. Dərinizin parlaq olmasını istəyirsinzsə, alma və kök şirəsindən, pomidor suyundan tez-tez istifadə edin. Buraya istəyə uyğun meyvə və tərəvəz də əlavə edə bilərsiniz.
Mövsümə uyğun təzə meyvə və tərəvəzlərdən istifadə dərinin parlaq görünməsinə təsir göstərir. Dəriyə daha gözəl görünüş qazandırır. Bu qəbildən olan qidalarda orqanizm üçün lazımlı vitamin kompleksi olur. Parlaq dərinin sirri almada gizlənib. Belə ki, parlaq dəri üçün çoxlu alma yemək də məsləhətdir. Bu meyvədə eyni zamanda A vitamini olduğundan dəridəki qoruyucu toxumaları gücləndirir və sızanaqların meydana gəlməməsinə təsir göstərir. İnsan sağlamlığna və dəriyə faydalı olan bütün meyvələrdən lazımi miqdarda istifadə etmək olar.
Kök (E, A vitamini) maddələr mübadiləsi zamanı ortaya çıxan sərbəst radikalları yox edərək dəri sağlamlığını qoruyur və cavanlaşdırır. Dərinin parlaqlıq qazanmasına kömək edir. Yara iltihablarının sağalmasına kömək edən kök suyu qanı da təmizləyir. Bədəndəki sidik turşusu, bənzər maddələri sidiklə xaricə atır. Revmatiz, böyrəkdə qum və daşa qarşı da faydaları vardır. Kök bol A vitamini ilə orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Kök yaşlanmağı gecikdirir.
Xiyarın tərkibində olan maddələr isə dərinin daha yumşaq olmasına təsir edir. Düzgün qidalanma həm sağlamlıq, həm də gözəllik üçün faydalıdır. Qidalanma vərdişlərində vacib prosedurlardan əlavə spirt və kofein istifadəsini azaltmaq lazımdır. Çünki spirt istifadəsi dəri hüceyrələrini öldürür. Dərinin gözəlliyinə mənfi təsir göstərir. Qırışların formalaşmasına səbəb olur və insanın olduğundan yaşlı görünməsinə imkan yaradır. Bu baxımdan kofein və ya spirtdən istifadə düzgün deyil