Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin.
Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayaraq yağlanır. Saçlarınızı yumağa baxmayaraq, yağlanmasının qarşısını ala bilmirsinizsə, deməli, bəzi səhvlər edirsiniz.
Saç dərisinin altında olan yağ vəzilərinin istehsal etdiyi sebum (yağ mayesi), saçların nəmli qalmasına və qorunmasına kömək edir. Ancaq çox yağlanan saç, vitamin əskikliyi və ya saç tökülməsi kimi narahatlıqlara səbəb ola bilər.
1. Saçlarınıza tez-tez toxunursunuzsa, yağlanmaya səbəb olacaq.
2. Saç qurutma alətini yaxın tutmaq, ya da uzun müddət ondan istifadə etmək kimi edilən səhvlər də saçınızı yağlandıra bilər.
3. Təmiz olması üçün tez-tez yuyulan saç az müddətdə yağlanır.
4. Saçları hər gün düzləşdirməklə onların həddindən çox isinərək yağlanmasına səbəb olur.
5. Saç kremini saçınızın ucları əvəzinə diblərinə vurmaq da yağlandırır.