Sona aparan işarələr.

Sona aparan işarələr.

Bir qoca yemir-içmir, böyük çətinliklərə qatlaşaraq pul yığır və ev alır. Evi aldığı ilk gün “Evim mənim sən mənim illərdir çəkdiyim əziyyətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl mənə xəbərdarlıq et ki, ehtiyatımı görə bilim” ,- deyə səslənir. Evdən isə heç səs çıxmır, qocada bunu razılaşmanın ifadəsi kimi anlayır.
Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır. Qoca ora mala ilə sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır. Qoca orayada sement vurur.
Bu minvalla illər keçir bir gün qoca işdən evə gələndə evin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına “Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər edərsən”, -deyə səslənir. Elə bu zaman xarabalıqdan belə bis səs yüksəlir: “Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, sənə xəbərdarlıq edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu”

Həyatımızda eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Saçlarımıza qocanın vurduğu mala kimi rəng vursaqda, dərman atıb xəstəliklərimizi sağaltmağa çalışsaqda, bir gün...

P.S. İstəmərəm Ə. Əliyevin “ Müvvəffəqiyyətə gedən yol” kitabından olan bu hissəni oxuyub, pessimizmə qapılasız. Bu hissəni ona görə buraya yerləşdirdim ki, sadəcə bir anlığa insanı sona doğru aparan işarələr üzərində düşünüb, həyatınızı daha dəyərli yaşayasız.
Top