1. Ultrabənövşəyi şüalar
Bu ən yayılmış səbəbdir. Qarşısını almaq üçün xüsusi krem və losyonlardan istifadə edin, kölgədə «zaqar» alın.
2. Kosmetik prosedurlar
Piqment ləkələrinin əmələ gəlməsinə üz dərisinin müxtəlif apparatlarla təmizləməsi, piling, lazer epilyasiya kimi prosedurlar səbəb ola bilər. Xüsusilə bu prosedurlardan sonra zədələnmiş dəri ultrabənövşəyi şüalanmaya məruz qalarsa. Bu səbəbdən kosmetoloqlar salon prosedurlarını əsasən payız-qış fəsillərində icra etməyi tövsiyə edirlər ki, bu zaman dəri gün şüalarına daha az məruz qalır.
3. Mədə-bağırsaq sistemi xəstəlikləri
Piqment ləkələri qaraciyər və öd kisəsi xəstəlikləri zamanı tez-tez meydana çıxır.
4. Böyrək xəstəlikləri
Böyrək xəstəlikləri zamanı dəridə, xüsusilə ovuclarda və ayaqların altında sarı-qəhvəyi rəngdə ləkələr əmələ gəlir. Dəri solğunlaşır və sanki nazilir.
5. Böyrəküstü vəzilərin patologiyaları
Böyrəküstü vəzilər lazım olan miqdarda hormonları ifraz etmədikdə «Addison xəstəliyi» adlanan autoimmun xəstəlik inkişaf edir. Bu zaman dəridə tünd ləkələr əmələ gəlir və dəri tədricən tünd «zaqar» rəngi alır. Bundan əlavə insanda ümumi zəiflik, əhvalın dəyişkən olması, arterial təzyiqin tez-tez dəyişilməsi kimi simptomlar meydana gəlir.
6. Vitamin və mineral çatışmazlığı
C, E, PP kimi vitaminlərin və misin çatışmazlığı dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb ola bilər.
7. Bəzi dərmanların qəbulu
Bəzi dərman preparatları dərinin ultabənövşəyi şüalarına olan həssaslığını artırır ki, nəticədə dəridə piqment ləkələri əmələ gəlir. Bu yanaşı təsir bəzi antibiotiklər, kortikosteroidlər, arterial təzyiqi tənzimləyən preparatlarında mövcuddur.
8. Hormonal pozulma, hamiləlik
Hamiləlik zamanı orqanizmdə qadın hormonlarının ifrazı artır ki, bu da piqment ləkələrinin əmələ gəlməsinə gətirib çıxardır. Doğuşdan sonra belə ləkələr özü-özündən yox olur. Qadınlarda hormonal pozulmalar zamanı da piqment ləkələri əmələ gələ bilər.
9. Yaş
Yaşla bağlı olan dəyişikliklər dərinin strukturuna da təsir edir ki, bu zaman piqment ləkələri daha tez-tez əmələ gəlməyə başlayır.