Təbii botoks

Təbii botoks

İllər keçdikcə dərimizdəki elastiklik azalır və ətraf mühitin təsiri ilə yavaş-yavaş qocalır. Dərinin qocalmasının qarşısını almaq və qırışları azaltmaq üçünsə müxtəlif vasitələrə əl atır, maskalardan istifadə edirik.

Qeyd edək ki, sağlam dərinin sirri düzgün qidalanma, bol su içmək, stresdən uzaq durmaq, daim idman etməkdədir. Bununla yanaşı dərinizə əlavə qulluq kimi evdə hazırlaya biləcəyiniz maskalar da mövcuddur. Əgər botoks etdirməkdən çəkinirsinizsə, bu maskanı mütləq sınaqdan keçirməlisiniz.



Resept:
1 yemək qaşığı soda 2 yemək qaşığı saf bal 1 damcı təbii lavanda yağı 1 damcı təbii günlük yağı (Bu yağ Hindistanda və Afrikada yetişən bir ağacın qabıqlarından hazırlanır və apteklərdən əldə etmək olar)

Hazırlanması:
1. Bal və sodanı krem halı alana qədər qarışdırın.
2. Lavanda və günlük yağını da qarışıma əlavə edin.
3. Qarışımı təmizlənmiş cildinizə nazik lay şəklində çəkin. Təmiz, isti bir parçayla üzünüzü örtün. Bir neçə dəqiqə ərzində dərinizdəki məsamələr açılacaq.
4. Dərinizə dairəvi hərəkətlərlə 3-5 dəqiqə masaj edərək maskanı təmizləyin. (Masaj edərkən diqqətli olun ki, dərinizə çox basmayasınız. Qan dövranına və yağın cildə hopmasına şərait yaradın).
5. İlıq su ilə üzünüzü yuyun.
6. Bu maskadan həftədə 1-2 dəfədən artıq istifadə etməyin.

Maskadan sonra dərini rahatlatmaq üçün gül suyundan istifadə edə bilərsiz.
Top