Çoxları düşünür ki, ətir, parfum və odekolon arasında fərq yalnız onun şüşəsi və qiymət miqdarındadır. Əslində bu adlar onlara aromatik fərq müxtəlifliyinə, yağ konsentrasiyasına, tərkibində nə qədər spirt və su olmasına görə verilir.
Eau Fraiche
Bu, bir qayda olaraq, ətrin ən qarışdırılmış verisyasıdır. Onun tərkibini 1-3% ilə faiz yağ əlavə edilmiş spirt təşkil edir. Qalan hər şey sudur. Ətir bir saatdan da az qalır.
Odekolon
Bu versiya əsasən kişi ətirləri hesab olunur. Hazırlanmasında təzə meyvələrdən istifadə olunur. Bir qayda olaraq, odekolonın tərkibinə 2-4% yağ, spirt və su daxildir. Ətrin qalıcılığı 2 saatdır.
Tualet suyu
Tualet suyu 15% yağ və spirtdən ibarət olan adi spreydir. Ətir təxminən 3 saatdan uçur.
Ətir (Duxi)
Həm qadınlara, həm kişlərə aid olan ətirlər var. Onun tərkibinə 15-dən 20% -dək təmiz yağ daxildir. Ətrin qalıcığı 8 saata qədərdir.
Parfum
Parfum köhnə “per fumum” latın sözü olub «tüstü vasitəsilə» mənasını verir. Yuxarıda sadalanlar arasında ən bahalı olandır. Baha olmasının səbəbi isə yağ faizinin çox olmasıdır. Adi ətirdən fərqli olaraq parfumun tərkibi 20-30% yağdan ibarətdir. Ətir 24 saata qədər qalır.