Qəhvə ilə gəncləşin

Qəhvə ilə gəncləşin

İnsan ömrünü uzatmaq üçün tibdə bir çox işlər görülür. Xüsusən də qadınlar zamana təslim olmamaq üçün müxtəlif üsullara əl atırlar.

Yaşlanma əleyhinə kremlər, estetik prosedurlar və s. Amma bunlara ehtiyac olmadan da gənc görünməniz üçün sadə bir yol tapmışıq.

— Qəhvə
— Az yağlı süd
— Qarışdırmaq üçün qab.

Qəhvəylə südü qarışdırın. Südün miqdarına diqqət edin. Diş pastası kimi qatı bir məhsul alınmalıdır. Əldə etdiyiniz maskanı göz ətrafından başqa bütün üzünüzə çəkin. Maskanın dəriyə təsir etməsi üçün 15-20 dəqiqə saxlayın. Sonra üzünüzü ilıq su ilə yuyun. Qəhvə çəyirdəkləri dəridəki qan dövranını artıraraq dərinin daha sağlam və gənc görünməsini təmin edir.
Top