Günəş ləkələrinə qarşı maska

Günəş ləkələrinə qarşı maska

Günəş ləkələri bədənimizin günəşə ən çox məruz qaldığı nöqtələrdə yaranır. Bu ləkələr əslində günəşin təhlükəli tərəflərini göstərən ləkələrdir. Mütəxəssislər qışda belə, günəş qoruma kremi olmadan çölə çıxmağı məsləhət görmür. Ancaq çoxumuz bu məsləhətə əməl etmirik.

Ona görə də dərimizdə iri-xırda günəş ləkələri yaranır. Yaxşı, bəs bu ləkələr necə keçər? Evdə hazırlayacağınız bu maska ilə həm pulunuz cibinizdə qalacaq, həm də tərkibi təbiidir.

Lazım olan vəsaitlər:
2 qaşıq qatıq
 ½ qaşıq karbonat
 ½ qaşıq limon suyu (təzə sıxılmış)

Maskanın hazırlanması:
Qatığı bir qaba qoyun, üzərinə karbonatı tökün və qarışdırın. Daha sonra üzərinə limon suyunu da əlavə edin. Əvvəlcə maskadan bir azca götürüb ləkənin üzərinə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra maskanın qalanını da göz ətrafı xaric üzünüzün hər yerinə çəkin.

Boyun və sinənizə də tətbiq edə bilərsiniz. 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü masaj edərək durulayın. Bu maskanı həftədə bir dəfə çəkə bilərsiniz.
Top