Saçların yuyulması

Saçların yuyulması

Qadınların həddindən artıq özlərinə diqqət yetirdiyi və baxımlı olduğu bir zamnda yaşayırıq. Xanımlar əsasən saçlarına xüsusi diqqət yetirirlər.

Demək olar ki, hər gün televiza kanallarında müxtəlif növ şampun reklamlarını izləyirsiniz. Eyni zamanda da getdiyiniz marektlərdə addımbaşı hər cür qiymətdə müxtəlif şampunlara rast gəlirsiniz. Bu kimyəvi qarışımların olduğu şampunların saçlarınızı təmizlədiyi qədər də zərələri vardır.

Bəs saçları hər gün yumaq saçalarınıza zərər verirmi?
İş və dərs həyatında saçlarınızın gözəl görünməsi üçün hər gün onları yumaq məcburiyyətində qalırsınız. Hər gün saçlarını şampunla yumaq saça və baş dərisinə mənfi təsir göstərir. Elə buna görə də mütəxəsislər bir müddət dəbdə olan quru şampunlar ixtira etmişdilər. Bu şampunlardan istifadə edərkən saçları yumağa ehtiyac qalmır.


Saçların yuyulması haqqında mütəxəsislərdə iki fikir ayrılığı var: onların bəzilərinin fikrinə görə, saçları hər gün yumaq yalnışdır. Çünki kimyəvi tərkibi olan bu maddələr saç və baş dərisinə mənfi təsir göstərir. Digər bir qrupun fikrinə görə, əgər saçlar nazik və həcimsizdirsə onları hər gün yumaq olar.

Amerikalı mütəxəsislərin fikrincə, saçlar müəyyən yağlar ifraz edir ki, bunlar da saç və baş dərisini qidalandırır. Odur ki, saçlarınızı nə zaman kirli hesab etsəniz o zaman yuya bilərsiniz. Bu yağların saçınızda olması saçlarınızın kirli olması demək deyil.

Digər bir qrup mütəxəsisin fikirlərinə görə isə sağlam saçların sağlam da baş dərisinə ehtiyacı var. Odur ki, saçlar mütləq qaydada hər gün yuyulmalıdır. Əgər saçlarınızdakı yağlar təmiz yuyulmazsa o zaman saçların uzanması ləngiyər.
Top