Yağlı dərilər üçün tonal kremlə bağlı məsləhətlər

Yağlı dərilər üçün tonal kremlə bağlı məsləhətlər

Ümumiyyətlə, tonal krem seçimində əksəriyyət çox vaxt çətinlik çəkir. Xüsusilə də, dərisini yaxşı tanımayanlar. Tonal krem almamışdan öncə dəri növünüzü düzgün müəyyən etmək çox vacib faktordur. Tonal krem tətbiqində ən çox problem yaşayanlar deyərdik ki, yağlı dəri növünə sahib olanlardır. Bu probleminizi həll etmək üçün sizinlə bəzi sirlər paylaşacayıq.

Düzgün məhsulu tapın
Yağlı dəriyə sahib olanların tonal krem seçimilə bağlı etdikləri ən böyük səhv, quru dərilər üçün olan ya da parlaq bitişə sahib tonal kremləri seçmələridir. Bu tonal kremlər yerinə, yağsız, mat bitişli tonal kremlərə üstünlük vermək daha düzgündür. Dərinizin təbii yağı sayəsində dəriniz quru görünməyəcək.

Makiyajdan əvvəl üzünüzü prosesə hazırlayın
Səhərlər tonal krem çəkməzdən əvvəl üzünüzü mütləq nəmləndirin. Yağlı dəriyə sahib olanlar, adətən, nəmləndirmə prosesini etmirlər. Amma yağsız tərkibli nəmləndiricilər istifadə etmək olar. Çünki dərinizi nəmləndirməsəniz dəri quruyar və yağ balansı pozularaq daha çox yağ ifraz edər. Nəmləndiricilə birlikdə tətbiq olunan matlaşdırıcı makiyaj bazası tonal kreminizin dərinizdə uzun müddət qalmasına kömək edir. Bunlara alternativ olaraq, bir buz kubu ilə səhərlər üzünüzü masaj etsəniz, məsamələriniz daralar və makiyajınızın qalıcılığı da uzanar.

Masaj edərək tətbiq edin
Tonal kremi tətbiq etmə prosesində ən yaxşı üsulu, masaj edərək və süngər vasitəsilə yavaş-yavaş ponpalayaraq tətbiq etməkdir. Əgər peşəkar bir bitiş istəsəniz tonal kreminizi tətbiq etdikdən sonra, fırça ilə transparan kirşan da tətbiq edə bilərsiniz. Tonaldan sonra tətbiq edilən kirşan yağı özünə çəkəcək, gün boyu tonal kreminizin rəng dəyişməsinin qarşısını alacaq.

foxy.az
Top