“Smooth” pilinq

“Smooth” pilinq

Son dövrlər pilinqin geniş yayılmış populyar növlərindən biri də “Smooth” cavanlaşma pilinqidir. İngilis dilindən tərcümədə “smooth” hamar deməkdir. Smooth texnologiya (səthi lazer cavanlaşması) adlandırılan bu üsul müasir kosmetologiyanın bəhrəsidir. Smooth texnologiyaya (FT) deməkdir. Həkim-kosmetoloq Günay Mikayılova smooth pilinqin üstünlükləri haqda “G.az-a danışıb. Onun sözlərinə görə, “smooth” pilinq bu hallarda etdirilə bilər:

• Solğun dəri
• Xırda qırışlar
• Geniş məsaməli dəri
• Qeyri-dəqiq üz ovalı

Məlumdur ki, gənc və cavan yaşlarda dəri gözəl və təravətli görünür. Lakin yaş ötdükcə cazibədarlığımızı qorumaq ücün daha çox vaxt və əmək sərf etmək lazım olur. Vacib görüşlərə aldığımız dəvətlər bizi daha çox qorxuya salmağa başlayır. Bir anlıq təsəvvür edəndə ki, gözəl və qarşısıalınmaz olmaq ücün nə qədər əziyyət cəkməli, salonda nə qədər vaxt keçirməli olacağıq, dəvətin həyəcanı keçib gedir.

Ən böyük xəyal qırıqlığı isə o zaman yaşanır ki, çəkdiyimiz bütün əziyyətlərə və vaxt fədakarlığına baxmayaraq, istədiyimiz nəticəni əldə edə bilmirik. G. Mikayılova bu cür hallara son qoymağın yolunun “Smooth” pilinqdə olduğunu deyir. Prosedur haqqında məlumat verən həkim-kosmetoloq buna 20 dəqiqə vaxt itirildiyini də əlavə etdi: “Prosedur ER:YAG lazerinin köməkliyi ilə həyata keçirilir. Bu proseduru həyata keçirmək üçün xüsusi olan dalğa uzunluğu (250 000 mc) və xüsusi “smooth” rejim yalnız fotona aparatında var. Proseduru həm də biznes cavanlaşma proseduru adlandırırlar, çünki manipulyasiya dərinin üst qatlarını zədələmir və iş rejimindən çıxarmır, yəni proseduru elətdirib səhəri günü adi həyat tərzinə qayıda bilərsiz. Nəticə olaraq, dəriniz bir an içində cavanlaşacaq, relyefi hamarlaşacaq, rənginiz təravətlənəcək”.

G. Mikayılova “Smooth” lazer cavanlaşması prosedurunun gedişatı haqqında da məlumat verdi. O bildirir ki, bu lazer cavanlaşması proseduru zamani dəriyə ER:YAG lazerinin xüsusi rejimi ilə təsir göstərilir: “Nəticədə dəridə olan məsamələrin ölçüsü kiçilir və dərinin sahəsi təbii olaraq azalır. Həmçinin kollagen və elastin lifləri də qısalır və bu da əlavə olaraq dərinin liftinqini artırır. Dəri hamar və elastik olur. Prosedurun effekti 6 aya qədər qalır. Prosedurun reabilitasiya dövrü 3-4 gündür, lakin digər pilinqlərdən fərqli olaraq pasiyentin iş rejimində heç bir dayanmaya ehtiyac yoxdur, yəni pasiyent proseduru elətdirib ertəsi gün adi həyatına qayıda bilər. Proseduru hər 3-6 aydan bir təkrar etmək olar. Tam ağrısızdır”.
Top