Təbii antibakterial olan zərdəçaldan (sarıkök) həm civzələrin yox edilməsi, həm də dərinizin parlaq və sağlam saxlanılması üçün istifadə edə bilərsiniz.
Zərdəçal maskası üçün lazım olan məhsullar:
— Orqanik (təbii) alma sirkəsi
— 1/2 çay qaşığı zərdəçal tozu
— 1 yemək qaşığı təbii bal
— Süd
— Pambıq
Tətbiq qaydası:
— Alma sirkəsini pambığa tökün və dərinizə çəkin. Maskanı çəkməmişdən əvvəl 5 dəqiqə gözləyin.
— Zərdəçal tozunu balla qarışdırın. Gözlərinizə təmas etməməsinə diqqət edərək maskanı üzünüzə çəkin.
— 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
Əgər zərdəçal tozu dərinizdə sarımtıl iz qoyubsa, bunu südlü pambıqla təmizləyə bilərsiniz.
Maskanı həftədə 2 dəfə tətbiq edin.