Dərinizə lazım olan 8 təbii məhsul

Dərinizə lazım olan 8 təbii məhsul

Aloe vera
Bu sərinləşdirici və xəfif nəm qaynağı olan bitkini isti havalar üçün ideal hesab edirik. Amma qışın soyuq havalarında dərimizdə yaranan çatlamaları, qurumanı da mükəmməl şəkildə aradan qaldırır.

Bal
Dərini yumşaldan və qurumasının qarşısını alan bal, təbii antibakterialdır. Bu səbəblə də, nəmləndirici məhsullarınızın tərkibində mütləq bal olmalıdır.

Çobanyastığı
Quruyan dəri asanlıqla qızarır və zədələnir. Əgər siz də, belə dəri problemlərilə qarşılaşırsınızsa çox düşünmədən çobanyastığı tərkibli dəriyə qulluq məhsullarından istifadə edə bilərsiniz.

Hindqozu yağı
Gözəllik və dəriyə qulluq mövsümlə əlaqədar bir rutindir. İstənilən fəsildə dəriniz quruyur, qabıqlayır, zədələnirsə hindqozu yağını qulluq rutinizdən əskik etməməlisiniz.

Nim ağacının yağı
İstər zədələnmə, istər iltihab, istərsə də qızarıqlıqla mübarizə aparan bu yağ dərinizi sağaltmaq işində ən yaxşı təbii vasitələrdən biridir. Nim, yağsız nəmləndirmə xüsusiyyətilə dərinizi yumşaldır və təmizləyir.

Dəniz duzu
Nahamar dəriləri yumşaltma xüsusiyyətinə malik olan dəniz duzu, həm də, təbii detoksdur.

İydə yağı
İydə yağı qış mövsümündə dəriyə qulluq vasitələri arasında nəmləndirmə, bərpaetmə, rahatlatma baxımından ən yaxşı məhsuldur. Bütün dəri növlərinə uyğun olan bu yağ ona parlaqlıq və gözəllik bəxş edir. Eyni zamanda da dəri tərəfindən yaxşı əmilir.

Şi yağı
Zəngin və ultra yumşaldıcı olan şi yağı bu mövsüm axtardığınız vasitə ola bilər. Bütün bədəninizə rahatlıqla tətbiq edə biləcəyiniz yağ dərini nəmləndirir, qoruyur və bərpaedir.
Top