Üz təmizliyində 10 səhv

Üz təmizliyində 10 səhv

Qadınların çoxu üzlərini yuyanda bu qaydalara fikir vermir. Üz təmizliyində edilən səhvlər isə quruluq yaradır.
  1. Dəri tipinə uyğun olmayan təmizləyici məhsullar dəridəki faydalı yağların azalmasına və hüceyrələrin yox olmasına səbəb olur. Çox yumşaq və sərt məhsullar dərini korlayır.
  2. Üzü gündə 2 dəfədən artıq yumaq olmaz. Makiyaj etməmisinizsə və ya aşırı tərləmirsinizsə, axşamlar yatağa yatmazdan əvvəl sadəcə, lasyon ilə təmizləyə bilər və ilıq su ilə üzünüzü yaxalaya bilərsiniz. Bunun sayəsində dəriniz daha rahat nəfəs ala biləcək.
  3. İsti su ilə üzü yumaq olmaz. Dərinin yağ balansını pozur və dərini qurudur.
  4. Çox tez-tez pilinq dərini gözəlləşdirməkdən əlavə zərər verir. Həftədə 2 dəfə pilinq etməlisiniz. Pilinq edərkən barmaqlarınızla masaj edin.
  5. Dəri gözəlliyi ilə edilən səhvlərdən biri də sabunladıqdan sonra onu yaxşı yaxalamamaqdır. Dərini yaxşı yaxalamasanız, dəridəki məsamələr sabunla dolur.
  6. Aldığınız üz təmizliyici və nəmləndirici məhsulların tərkibində rəng və qoxu verən (paraben) olmamasına fikir verin. Bu kimi maddələr dərinin qabıq və allergiya verməsinə səbəb ola bilər. Yuduqdan sonra dəriniz qızarırsa, tərkibindəki maddələri yaxşı-yaxşı nəzərdən keçirin.
  7. Üzünüzü qurulayan zaman basdıraraq silməyin. Yavaş hərəkətlərlə qurulayın. Əks halda dəsmalın üzərindəki bakteriyalar dəriyə hopur.
  8. Nəmləndiriciləri üzünüz quruduqdan sonra deyil, nəmli ikən çəkin. Nəmli dəri kremi daha rahat əmir. Dəri tamamilə quruduqdan sonra nəmləndirici krem dəriyə daha yavaş hopur.
  9. Fərqli məhsullar alın, ondan möcüzə gözləmək yanlışdır. Aldığınız məhsulun qarşılığını görmək üçün müəyyən müddət gözləməlisiniz. Xüsusən də təbii tərkibli məhsullar alın.
  10. Dərini təmizləmək üçün istifadə etdiyiniz yağların təbii və keyfiyyətli olmasına fikir verin. Keyfiyyətsiz bitki yağları dərini korlaya bilər. Yüksək keyfiyyətli qaysı, üzüm çəkirdəyi və badam yağlarına üstünlük verin. Yağı masaj edərək çəkin. Artıq yağları silin ki, məsamələri doldurmasın.
Top