20 yaşlarında dəriyə qulluq rutini

20 yaşlarında dəriyə qulluq rutini

Önünüzdəki yaşlarda ləkə və ya qırışıqlıq kimi dəri problemlərilə qarşılaşmaq istəmirsinizsə dərinizə gənc ikən yaxşı baxmağınız lazımdır. Yuxu rutini, yemək vərdişləri, zərərli maddə qəbulu kimi bir çox vasitələrdən təsirlənən dərinizə 20 yaşlarında qulluq etməyə başlasanız, gələcəkdə daha hamar və gənc dəriyə sahib olacaqsınız.

“Bəs bu yaşlarda dərimə necə qulluq etməliyəm?” sualını verirsinizə, cavabını yazının davamını oxumaqla biləcəksiniz.

Üz təmizləyicinizi dəyişdirin
Məktəb vaxtlarından istifadə etdiyiniz təmizləyici sabunların əvəzinə, artıq krem tərkibli üz təmizləyicilərinə üstünlük verməlisiniz. Üzünüzü zədələmədən makiyaj qalıqlarını çıxaran üz təmizləmə südləri krem tərkiblərilə dərinizi qidalandırar və nəmləndirər.

Nəmləndirici istifadə etməyi unutmayın
Hər dəri növünə görə nəmləndirici olduğunu unutmayın. Bütün dərilər quruya bilər. Dəri növünüzə uyğun nəmləndirici istifadə etməyə başladığınızda vaxtından əvvəl qırışların qarşısını almış olarsınız.

Dərinizi tez-tez “peeling” etməyin
20 yaşlarında hüceyrələr özlərini tez-tez yeniləməz, buna görə də, ölü dəridən qurtulmaq ehtiyacınız da azalır. Bu yaşlarda “peeling” etməyi azaldarsınızsa, yaşlandıqca daha sağlam dəriyə sahib olarsınız. Tərkibində ağır olan “peeling” təsirli maskalar əvəzinə, daha yumşaq və dərinizi zədələməyən məhsullar istifadə edin.

Günəşdən qoruyan məhsullar istifadə edin
Dermatoloqların məsləhətinə uyğun olaraq, çölə çıxarkən ən az SPF 30 olan məhsullar istifadə etsəniz, dərinizi qırışlar və ləkələrdən qorumuş olacaqsınız. Unutmayın ki, günəşin zərərli şüaları yaz və yaydan başqa, qışda da dəriyə mənfi təsir edə bilir.

Sızanaqlar üçün müalicə alın
Sızanaqlarla hələ də mübarizə aparırsınızsa, təlaşa gərək yoxdur. Çünki 20 yaşlarında olan qadınların 45%-i problemli dəriyə sahibdirlər. Gecələr dəri qulluğu rutininizə retinol tərkibli məhsullar əlavə etdiyinizdə, dərinizin müalicəsinə kömək etmiş olarsınız. Eyni zamanda həkimə də getməyinizdə fayda var. Müalicə vaxtı dəriniz həddən artıq quruyursa bol-bol nəmləndirici istifadə etməyi də unutmayın.

foxy.az 
Top