Sızanaqları yox edən maska

Sızanaqları yox edən maska

Sızanaq problemi sizi çox narahat edir? Hər cür yola əl atmısınız, amma sızanaq probleminiz kökündən həll olunmayıbsa, bu maskanı mütləq sınayın.

— 2 xörək qaşığı vazelin
— 1 xörək qaşığı badam, ya da zeytun yağı
— 1 ədəd yumurta sarısı
— 1 xörək qaşığı bal
— 1 ədəd avokado

Vazelini isidin və maye halına gətirin. Ardından bal əlavə edib digər ərzaqları da qarışdırın. Ancaq son olaraq yumurta sarısını əlavə etməniz daha yaxşı olacaq. Bir-birinə yaxşı qarışdırın. Qabın içinə qoyub çalxalayın. Maskanı hazırladıqdan sonra 10 dəqiqə gözləyin. Üzünüzü yaxşıca yuyun, 20 dəqiqə sonra maskanı çəkin. 5 dəqiqə boyunca üzünüzə masaj edin. Yarım saat saxladıqdan sonra sodalı su ilə isladılmış pambıqla silin. 7 gündən sonra fərqi görəcəksiniz.
Top