Məlum olduğu kimi, detoksun məqsədi orqanizmi xarici maddələrdən təmizləməkdir. Dərini də müəyyən dövrlərdə xarici maddələrdən təmizləmək üçün detoksa ehtiyac var. Detoks dəriyə qulluq seanslarını dəstəkləmək üçün tətbiq edilir.
Dəri detoksuyla dəridə parlaqlıq və canlılıq meydana gəlir, nəm problemi ortadan qalxır. Qırış və ləkələrin meydana gəlməsinin qarşısını alır, qara nöqtələrdən də təmizləyir. Dəri daha hamar və yumşaq olur. Bir sözlə, dərimizin sağlam və qüsursuz görünməsi üçün ilk addım dəri detoksudur.
1. İlk növbədə, hər gün ən azı 2 litr su içmək vacibdir. Kifayət qədər su içmək toksinlərin bədəndən atılmasında ən böyük köməkçidir.
2. Dərinizə buxar duşu tətbiq edin. Buxar üzünüzdəki qan dövranını artırar və məsamələri açar. Beləcə, çirklərin təmizləməsi mümkün olur. Buxar duşu ilə qara nöqtələr daha qalıcı təmizlənə bilər. Təxminən 10-15 dəqiqə gözləməniz kifayətdir. İsti suya yaşıl çay əlavə etsəniz, toksinlərin xaric olunması asanlaşacaq.
3. Dərinizi pilinq etdirin. Dəriyə pilinq tətbiq etmək dəri detoksunun əhəmiyyətli mərhələsidir. Pilin sayəsində dəriniz daha hamar və canlı görünər. Üzdəki incə qırışlar, dəri quruluğu, məsamə problemi, dəri yorğunluğu, ləkələr və elastiklik itkisi kimi problemlər aradan qalxar. Generasiya sonrası bu bölgələrdəki dəri daha hamar, parlaq və elastik bir hal alar.
4. Üzünüzə maska çəkin. Dəri maskaları bədənin ehtiyacı üçün lazımlı maddələri toplu olaraq dəriyə verən və beləcə dərinin yenilənməsini və canlanmasını təmin edən doping məhsullarıdır. İnsana uyğun dəri probleminə əsasən uyğun maska seçilməsi doğru hədəfə çatılmağı təmin edər.
5. Dərinizi nəmləndirin. Gözəl bir nəmləndirici istifadə etmək dərimiz üçün əhəmiyyətlidir. İtirdiyi nəmi qazanmaq və incə qırışları daha irəli səviyyəyə çatdırmamaq üçün nəmləndirici böyük əhəmiyyət daşıyır. Dermakosmetik məhsullar seçilməlidir. Dəri detoksuyla birlikdə dəridə parlaqlıq və canlılıq meydana gələrkən nəm problemi ortadan qalxar. Bununla yanaşı dəri detoksu dəridəki qan dövranını sürətləndirərək qırışıqlıq meydana gəlməsinin də qarşısını alar. Dəri daha hamar və yumşaq olar.