90% qadınlar epilyasiyadan sonra qızartı, xoşagəlməz qıcıqlanmalarla rastlaşır. Bu problem bəzilərimizdə 2-3 gün davam edir. Lakin 6 çıxış yolu var ki, bu üsullarla xoşagəlməz problemin öhdəsindən asanlıqla gələ bilərsiniz. Necə? Biz sizinlə bu sirri paylaşırıq.
Aloe – qıcıqlanmanı və qızartını dərhal aradan götürən ən yaxşı təbii vasitələrdən biridir. Bitkinin yarpaqlarından əldə etdiyiniz təbii gellə siz xroniki olaraq sərinlik hiss edəcəksiniz. Əgər əlinizin altında təbii məhsul yoxdursa, o zaman aloe-vera tərkibli nəmləndirici krem də işinizə yaraya bilər.
Otlar – Əgər epilyasiyadan sonra qızartı və qıcıqlanma hissiniz olsa onu aradan qaldırmaq üçün pambıq diski adaçayı (şalfey) və ya çobanyastığı dəmləməsinə batırıb dərinizə çəkin. Rahatlıq hiss edəcəksiniz.
Buz – Epilyasiyadan sonrakı problemləri bir neçə dəqiqəyə aradan qaldıran digər faydalı ev üsullarından biri də, buz kublarıdır. Bu zaman siz həm də, dəridəki məsamələri və şişləri də yox etmiş olacaqsınız. Amma epilyasiyadan sonra heç bir halda duş, xüsusilə, isti duş almaq olmaz. Evdə əgər ülgüclə təraş etsəniz belə, onu soyuq su ilə yuyun ki, qıcıqlanma yaratmasın. Digər məsləhətli olmayan vasitə də “şəfalı” dəniz suyudur. Çünki dəniz suyunda olan duz da güclü qıcıqlandırıcı təsirə malikdir.
Efir yağları – Nanə, çay ağacı və evkalipt yağı güclü sakitləşdirici təsirə malikdir. Bunun üçün suya bir neçə damcı bu yağların hər hansı birindən damcıladın, sonra təmiz parçanı suda isladıb dərinizə çəkin. Güclü qızartılar bir neçə saata yox olub gedəcək.
Hidrogen peroksid – Gündəlik həyatda istənilən yaranı hidrogen peroksid ilə müalicə etmək olur. Eləcə də, qızartı və qıcıqlanmalara da kömək edən vasitələrdəndir. Amma nədənsə bu vasitədən gözəllik vasitəsi kimi az isifadə olunur. Onu dərinizə çəkib, sildikdən sonra mütləq qidalandırıcı və ya nəmləndirici krem çəkməyiniz məsləhətdir.
Termal su – Epilyasiya zamanı əgər azca da olsa qanama varsa bunu aradan qaldırmaq üçün termal sudan istifadə etməyinizdə fayda var.