Antiperspirantlar

Antiperspirantlar

Sprey, diyircəkli, krem yoxsa… hansı antiperspirant daha yaxşıdır? Bəs siz təmizliyiniz və tər qoxusundan müdafiə üçün hansı formalı antiperspirantlara üstünlük verirsiniz? Biz sizin üçün bu dəfə müxtəlif formalı antiperspirantlar, onların müsbət və mənfi tərəflərini araşdırmışıq.

Sprey
Bu tip antiperspirantlar daha çox yayılıb və kişilər arasında geniş istifadə olunur. Tərkibindəki alüminium duzları, spirt dərini yumşaltmaq funksiyasını yerinə yetirir. Sprey antiperspirantı istifadə etməmişdən əvvəl 2-3 saniyə çalxalayın və bədəndən 15 sm uzaqlıqdan tətbiq edin.
Üstünlüyü: uzunömürlüdür, sərfəlidir və anından təsir göstərir. Ən gigiyenik antiperspirantdır.
Çatışmazlığı: çantaya atmaq üçün rahat deyil. Şüşədə qaz olduğundan onu isti yerdə saxlamaq olmaz.
Uyğundur: həssas dərili insanlar üçün uyğundur.

Stik formalı
Tərkibində alüminium duzları, bitki tərkibli sakitləşdirici, dezinfeksiyaedici maddələr var. Səmərəli olmasına görə, spreydən sonra ikinci yerdədir. Stiki dəriyə 2-3 dəfə yuxarı-aşağı olmaqla tətbiq etmək lazımdır. Paltarda iz buraxmasın deyə, bir az quruduqdan sonra paltarı geyinməlisiniz.
Üstünlüyü: çox böyük təsirə malikdir, səmərəlidir və praktikdir. Düzgün şəkildə istifadə edildikdə dəridə yumşaqlıq və quruluq təsiri buraxır.
Çatışmazlığı: bəzən dəridə lağ ləkələr qalır, bu da, paltarlarda xoşagəlməz izlər qoyur.
Uyğundur: Tərkibindəki maddələrə qarışı allergiyası olmayan hər kəsə uyğundur.

Diyircəkli
Bu antiperspirantlar ilk çıxan balaca toplu antiperspirantların prototipidir. Diyircəkli antiperspirantı qol altına 3-5 dairəvi hərəkətlə tətbiq etmək lazımdır.
Üstünlüyü: yığcamdır, masaj edir və dərini təravətləndirir, geyimdə və dəridə kiçik izlər buraxır.
Çatışmazlığı: uzun müddət dəri səthində nəmlik yaradır.
Uyğundur: qıcıqlanmaya meyilli dəriyə sahib olan insanlardan başqa hər kəs üçün uyğundur.

Krem
Krem antiperspirantlar yüngül tərkiblidir. Bu cür antiperspirantları barmaq uclarınız vasitəsilə dəriyə tətbiq etməlisiniz.
Üstünlüyü: çantada daşınması rahatdır. Dəri tərəfindən tez qəbul edilir, dəridə heç bir yapışqanlıq hissi buraxmır.
Çatışmazlığı: dərini azca quruda bilər.
Uyğundur: tərkibindəki maddələrə qarşı allergiyası olmayan hər kəs uyğundur.

Salfetlər
Antiperspirantların kiçik qrupuna aid olasalar da, böyük potensiala malikdir.
Üstünlüyü: istifadəsi asandır, özünlə götürmək rahatdır, su olmadıqda təmizlik üçün uyğundur, dəriyə də rahatlıq verir.
Çatışmazlığı: çox vaxt zəif təsirə malikdir. Uyğundur: idman zalında, bağda, səyahətdə və hiperhəssas dəriyə sahib olanlar üçün məsləhətlidir.

Kristal
Mineral duz və kvars tərkibli bu məhsullar təbii antiperspirantlar hesab olunur.
Üstünlüyü: antiseptik təsirə malikdir.
Çatışmazlığı: dərini quruda bilər. Səmərəliliyi aşağıdır.
Uyğundur: həssas və zədələnməyə meyilli olan dəriyə sahib insanlar, təbii məhsula üstünlük verənlər üçün uyğundur.


Pudra
Mineral pudralar yaxşı tərdən qoruyan təsirə malikdir. Ətirli olanlar isə dəriyə yüngül ətir bəxş edir.
Üstünlüyü: Bütün dərilərə tətbiq etmək olar.
Çatışmazlığı: tər və qoxunu nəzarətdə saxlamaq üçün yaxşı təsirə malik deyil. Dəridə görünə və paltarda ləkə buraxa bilir.
Uyğundur: hər hansısa bir səbəbdən digər antiperspirantlardan istifadə etmək istəməyənlər üçün uyğundur.
Top