Xanımların əsas gözəllik mənbələrindən biri də saçlardır. Bir xanımı uzun və qalın saç qədər gözəlləşdirən nə ola bilər ki? Lakin təəssüf ki, saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi saç tökülməsi, saç qırılması, zədələnməsi kimi problemləri yaradan başlıca səbəblərdəndir.
Bu kimi neqativ halların qarşısını almaq üçün maskalardan, saça qulluq vasitələrindən istifadə etmək olduqca vacibdir. Aşağıda qeyd olunan maskadan istifadə etməklə siz daha güclü saçlara sahib ola bilərsiniz.
2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak gənəgərçək yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun.
Xardalın əlavə olunması ilə hazırlanan maskalar da saça çox xeyirlidir. 1 yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib yarım saat saxlayın. Daha sonra ilıq su ilə yuyun.