Gözəlləşdirən kartof nişastası

Gözəlləşdirən kartof nişastası

Həssas dəri
Sabunla yuyunma həssas dərisi olan xanımlara məsləhət görülmədiyi üçün, dərini  nişasta əlavə edilmiş su ilə yumaq tövsiyə edilir. 
1 çay qaşığı kartof nişastasını 1 xörək qaşığı soyuq suda həll edin. Sonra həll edilmiş nişastaya az miqdarda qaynar su əlavə edin və sürətli qarışdırın. Alınmış kiselə 1 l isti su əlavə edərək durulaşdırın.
 
Quru dəri üçün
1 çay qaşığı quru nişastanı 1 çay  qaşığı süd və günəbaxan yağında həll edin.  Təmiz dəriyə tətbiq edib 15 dəqiqə saxlayın. 
 

Hind maskası
1 çay qaşığı bal, ilıq süd, kartof nişastası və duzu götürüb  sıyıq halını alana qədər qarışdırın. Qarışığı üzə  sıyıq bitənə kimi pambıq tamponu ilə vurun. 20-25dəq saxladıqdan  sonra üzü əvvəlcə isti, daha sonra iliq su ilə yuyun. Genişlənmiş məsamələr və qırışlar olan piyli dəri üçün tövsiyə edilir. Dərini hamarlaşdırır və işıqlandırır.
 
Piyli məsaməli dəri üçün
1 xörək qaşığı kartof nişastasından hazırlanmış qarışığa  1 çırpılmış (çalınmış) yumurta və 1 çay qaşığı yulaf unu (və ya adi un) əlavə edin. Bütün məhluluları yaxşıca qarışdırdıqdan sonra 15-20 dəqiqə üzdə saxlamaq lazımdır. Daha sonra isti suyla yuyun. Maska dərini hamarlaşdırır.
 
Çillərə qarşı maska
Normal və ya piyli dəridə olan çillərə qarşı belə bir maska hazırlamaq olar. 2 xörək qaşığı 5% li hidrogen peroksidi kartof  nişastasına ( 1-2 xörək qarışığı) qarışdırın. Qarışdırdıqdan dərhal sonra kütləni üzə vurmaq lazımdır. 20- 25 dəqiqə üz dərisində saxlayın. Maska quruduqdan sonra  üzü limon şirəsi (1 stəkan suya 1 çay qaşığı) əlavə edilmiş isti su ilə yumaq lazımdır.
 
Dərinin ağarması üçün
Kartof nişastasına bərabər miqdarda qarışdırılmış limon şirəsi dərini yaxşı ağardır.
Top