Dırnaqların "şellakdan" sonra bərpası olunması

Dırnaqların "şellakdan" sonra bərpası olunması

Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.

Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın şelakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şelakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:

1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.

2. Sağlam qida. Orqanizmin sağlamlığı tam olaraq nə yediyimizdən asılıdır. Dırnaqların sağlamlığı üçün bu çox önəmlidir. Qida rasionunuzu — zülal, mineral duzlar və A, C, E, D vitaminləri ilə zəngin etməyə çalışın.

3. Limon suyu. Dırnaqların bərpa olunması üçün dırnaqlara limon suyunu sürtüb, 2-3 dəqiqə saxlayın, sonradan su ilə yuyun. Tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə onlara möhkəmlik verəcəklər.

4. Yod. Yod setkası dırnaqların kifayət qədər tez bərpa olunmasını təmin edir. Gecə yatmazdan öncə pambıqla hər dırnağın üzərinə az miqdarda yod sürtün. Səhər sarımtıl rəng itəcək, dırnaqlar isə möhkəmlənəcək.

5. Dəniz duzu. Dırnaqların möhkəm, sağlam görkəmli olması və qatlanmaması üçün istifadə olunan dəniz duzlu vannalar qısa zaman ərzidə yaxşı nəticəyə nail olmanıza köməkçi olacaq. 1 xörək qaşığı duzu az miqdarda su ilə qarışdırıb əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın. Prosedurun sonunda qidalandırıcı kremdən istifadə etməyui unutmayın. Bu prosedur həftədə 2-3 dəfə oluna bilər.

6. Parafin vannaları. Salonlarda çox populyar prosedur olan parafin vannalarıdır ki, onun sayəsində qabıq vermə və mikro çatlardan azad olub, dırnaqlarınızı xeyirli mikroelementlərlə qidalandırıb, əl dərisinin qocalmasını zəiflədə biləriniz. Parafin terapiyasının seansı 20-25 dəqiqə çəkməsinə baxmayaraq, nəticəsi uzun müddət saxlanılır.

7. Xüsusi örtüklər. Dırnaqların ən asan bərpa olunma yolu xüsusi örtüklərdir ki, qısa zaman ərzində sizə köməkçi ola bilərlər. Sadəcə onları aldıqda tərkiblərinə diqqət yetirmək lazımdır. Tərkibində kalsiy, vitamin, minerallar və ipək lifləri olan örtüklər qısa zaman ərzində dırnaqlarınızı möhkəmləndirib, kövrəkliyi aradan qaldırıb və onlara sağlam görkəm bəxş edəcəklər.

8. Kutikullar üçün yağ. Bu yağlar dırnaqlardan nəmin itirliməməsini təmin edir və bunula onlara sağlamlıq bəxş edir. Bu proseduru daimi olaraq istiadə edənlər isə, dırnaq mayasının ilişməsi və dırnağın sarımtıl rəngdə olmasından azad olacaqlar.
Top