Möhkəm və uzun dırnaqlar

Möhkəm və uzun dırnaqlar

Dırnaqların qırılmaması üçün ən asan üsullardan biri də dırnaqlara yod çəkməkdir. Belə ki, yod dırnaqları həm möhkəmləndirir, həm də tez uzanmasına səbəb olur.

 Yodu dırnaqlara axşam yatmazdan əvvəl çəkmək lazımdır. Pambığın köməyi ilə boyasız dırnağın hər tərifinə yaxşı yayın. Səhər duranda hamısı dırnaqlara hopacaq. Bunu həftədə iki dəfə edin.

Bir qab ilıq suya bir yemək qaşığı duz, bir çay qaşığı limon suyu və sirkə, bir çay qaşığı zeytun yağı əlavə edin. Əllərinizi bu suda 30 dəqiqəyə qədər saxlayın. Hər axşam yatmazdan əvvəl etsəniz, dırnaqlarınız daha tez uzanacaq və qırılmayacaq.

Dırnaqları limon və badam yağı ilə silə bilərsiniz. Bu yağları ayaq dırnaqlarına da çəkmək olar.

Top