Ev işləri ilə çox məşğul olduğunuzdan əlləriniz korlanıb kobud hala gəlib?
50 qr vazelin, 40 qr badam yağı və ya zeytun yağı, 10 qr parafin və 10 qr kakaonu əridin. Bu qarışımı camın içinə qoyun. Hər gün təmiz əllərinizə yaxşıca yayaraq sürtün. Əllərinizi neylon sellofanla sarıyıb 15 dəqiqə bu şəkildə saxlayın. Sellofanı açdıqdan sonra əllərinizi yuyun. Əllərinizin həm quruluq probleminə çarə olacaq, həm də yumşaq edəcək.