Kvadrat dırnaq forması
İti zehin, hər şeyi bilmək həvəsi, yüksək intellektual keyfiyyətlər, diqqətlilik və gözüaçıqlıq dırnaqlarını kvadrat formasında kəsdirən qadınlara xas olan cəhətdir. Bu cür dırnağın sahibləri nizam-intzamlı həyatı sevirlər. Bütün problemlərə və uğurlara fəlsəfi nöqteyi-nəzərdən baxırlar. Bu cür adamlar işdə və şəxsi həyatda ürəklərinin səsinə deyil, məntiqə əsaslanırlar.
Düzbucaqlı dırnaq forması
Dırnaqları düzbucaqlı olan xanımlar adətən işgüzar olurlar. Bu cür adamların xarakterində maksimalizm, sadəlöhvlük, xeyirxahlıq, nikbinlik, emosionallıq əsas cəhətlərdir. Bu adamlar hər şeyi və hər kəsi ideallaşdıra bilərlər. Bu adamlar çox şeyi taleyin hökmünə buraxsalar, da, qarşılarında qoyduqları məqsədlərə çatırlar.
Sərt kənarlı dırnaqlar
Bu cür formalı dırnaqların sahibləri yaradıcı adamlardırlar. Onlar adətən musiqiyə, rəssamlığa, heykəltəraşlıq və modelyerliyə meyl edirlər. Qeyri-standart düşüncə tərzi, xəyalpərəstlik, kreativlik, azadlıqsevərlik, ehtiras, səbirsizlik bu adamların xarakterlərinin səciyyəvi cəhətidir.
Dairəvi dırnaq formaları
Oval şəkildə olan dırnaqların sahibləri emosional və sentimentallığa meyllidirlər. Öz yaratdıqları qaydalarla yaşayırlar. Öz ideallarına inanırlar. Ədalətə meyllidirlər və ən xırda zalımlığı belə qəbul etmirlər. Bu adamların həyatdakı missiyası sülhyaratmadır.